Yuxarı

Millət vəkili manatın ilk eskizinin müəllifini təbrik etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili manatın ilk eskizinin müəllifini təbrik etdi

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının xalq rəssamı, görkəmli sənətkar Eldar Mikayılzadə ilə Mədəniyyət Komitəsində görüşüb.

Kult.az xəbər verir ki, millət vəkili xalq rəssamını 65 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

“Hörmətli Eldar müəllim,

Sizi – görkəmli xalçaçı-rəssamı, bir sıra nüfuzlu sənət birliklərinin, o cümlədən UNESKO yanında Rəssamlar Birliyinin üzvü, Azərbaycan manatının ilk eskizlərinin müəllifini 65 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

Sizin ziyalılığınız, peşəkarlığınız, etnoqrafik yaddaşımızı böyük ustalıqla sənətdə əks etdirməyiniz Sizə böyük şöhrət qazandırıb. Əsərlərinizdə əl-ürək-ruh birliyinin təntənəsi görünür!

Əsərləriniz Türkiyə, Böyük Britaniya, Rusiya, Küveyt, Səudiyyə Ərəbistanı, Fransa və b. ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.

Siz hazırda Dövlət Rəssamlıq Akademiyasında çalışırsız, gənc nəslə sənətin sirlərini sevə-sevə öyrədirsiz.

Sizi bir daha təbrik edir, ən xoş diləklərimizi yetiririk!"

Xalq rəssamına Komitə adından təbrik məktubu və üzərində “Qarabağ - Azərbaycandır!” yazılmış qol saatı təqdim edilib.

Yubilyar səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib, öz sənət xatirələrini, o cümlədən ustadı Səttar Bəhlulzadə ilə bağlı xatirələrini bölüşüb, mədəniyyət ili kimi xarakterizə olunan 2021-ci il daxil olmaqla yeni yaradıcılıq planları barədə danışıb.

Xalq rəssamı öz kitabını imzalayaraq Q.Paşayevaya bağışlayıb.

Tarix
2021.02.21 / 21:42
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

Paşinyandan Musayevin ekstradisiyası ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla