Yuxarı

Zəfər muzeyinin hazırlanması onlara tapşırıldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəfər muzeyinin hazırlanması onlara tapşırıldı

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyasının hazırlanması istiqamətində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən işlər davam etdirilir.

Mədəniyyət Nazirliyindən Kult.az-a verilən məlumata görə, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyasının mükəmməl işlənilməsi üçün məkanla yerində tanış olmaq mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə cari ilin 19-21 fevral tarixində “G GROUP” şirkətinin işçi heyətinin - yaradıcı icraçı direktor və bədii rəhbər Fabrizio Conti, strategiya üzrə məsləhətçi Laura Conti, memar, muzey və ekspozisiya dizayneri Nicola Pavan və memar Carlo Pavan Bakıya səfəri təşkil olunub.

Səfərin ilk günü mədəniyyət naziri Anar Kərimov və işçi nümayəndə heyəti arasında görüş keçirildi. Görüş zamanı nazir Anar Kərimov Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin dövlətimizin və xalqımızın əzmkarlığı nəticəsində qazandığı Şanlı Qələbəni, Vətən müharibəsinin gedişatını müasir təqdimat metodları ilə tamaşaçıya çatdıran məkan olmasının vacibliyini vurğuladı.

Həmçinin görüşdə layihə çərçivəsində görüləcək işlər, ilkin ideyalar və planlar müzakirə edildi.

Qeyd edək ki, 9 fevral 2021-ci il tarixində şirkət nümayəndələri ilə nazirliyin rəhbərliyi arasında onlayn görüş təşkil edilib və ilkin müzakirələr aparılıb.

Layihənin yüksək səviyyədə icrası üçün nazirlik tərəfindən yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlərə də müraciət olunub. Bununla əlaqədar İtaliyanın dünyaca məşhur aparıcı multimedia şirkəti olan “G GROUP” şirkəti ilə əməkdaşlığa başlanılıb.

Tarix
2021.02.22 / 10:29
Müəllif
Kult.az
Digər xəbərlər

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla