Yuxarı

Yalçın Rzazadə niyə Fəxri Xiyabanda dəfn edilmədi?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yalçın Rzazadə niyə Fəxri Xiyabanda dəfn edilmədi?

Ötən gün vəfat edən xalq artisti Yalçın Rzazadənin Fəxri Xiyabanda deyil, Lənkəranda dəfn edilməsi sosial şəbəkələrdə narazılığa səbəb olub.

Məsələ ilə bağlı Kult.az-a açıqlama verən Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə bildirib ki, bununla bağlı ailə ilə müzakirələr aparılıb:

“Yalçın Rzazadənin harada dəfn ediləcəyi ilə bağlı dünən ailəsi ilə də müzakirələr apardıq. Son qərar o oldu ki, xalq artisti Lənkəranda, qardaşının yanında dəfn olunacaq. Nazirliyin nümayəndəsi də mərasimdə iştirak edəcək. Bununla yanaşı Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondu təşkilatı və maddi dəstək göstərəcək”.

Qeyd edək ki, Y.Rzazadə fevralın 22-də uzun sürən xəstəlikdən sonra 74 yaşında dünyasını dəyişib.

Tarix
2021.02.23 / 13:34
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla