Yuxarı

Nerudanı zəhərli bakteriya öldürüb – İddia

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nerudanı zəhərli bakteriya öldürüb – İddia

Çilidə 1973-cü il sentyabrın 11-də Auqusto Pinoçeti hakimiyyətə gətirən MKİ dəstəkli hərbi çevrilişdən 12 gün sonra vəfat edən şair-mütəfəkkir Pablo Nerudanın ölümü ilə bağlı yeni iddia ortaya atılıb.

Axar.az xəbər verir ki, İspaniyanın Murcia Universiteti mütəxəssislərinə görə, Nerudanın bədənində"Stafilokokus" adlı zəhərli bakteriyaya rast gəlinib. Səlahiyyətli şəxslər genetik analizin nəticələrini gözləyir.

Bu bakteriya qoyun qanında qızılı-sarı koloniyalar törəməsinə gətirib çıxarır. Bakteriya zəifləmiş adamlarda əsl infeksiya yaratdığına görə sağalmanı gecikdirir, hətta mütəxəssislərin tezisinə görə, Neruda nümunəsində göründüyü kimi ölümə aparır.

Ölümü ərəfəsində şairin sürücüsü olan Manual Arayanın dediyinə görə, Neruda paytaxt Santiaqodakı bir xəstəxanadan ona zəng vuraraq mədəsinə vurulan bir iynədən sonra halının pisləşdiyini bildirib. Rəsmi ölüm sənədlərində şairin prostat xərçəngindən öldüyü yazılsa da, əksəriyyət şairin zəhərləndiyini düşünür. Pinoçethökuməti Allendenin qətlindən sonra Nerudanın onun yerinə keçəcəyindən çəkinirdi. O vaxtlar şairin Meksikaya keçərək müxalifəti təşkilatlandırmağı planlaşdırdığı da deyilirdi.

Qeyd edək ki, Çili Kommunist Partiyasının üzvü olan Neruda 1971-ci ildə Nobel ədəbiyyat mükafatına layiq görülüb. Şair həmçinin Nazim Hikmət Sülh Mükafatının da sahibi olub.

Tarix
2015.06.03 / 09:38
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla