Yuxarı

Azıx dünyanın 4-cü tapıntısıdır - Kərəm Məmmədov

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azıx dünyanın 4-cü tapıntısıdır - Kərəm Məmmədov

Azıx mağarası təkcə Azərbaycan üçün deyil, bütövlükdə Qafqaz və ümumdünya tarixində mühüm əhəmiyyətli tarixi abidələrdən biridir. Çünki o, ümumilikdə bütün Qafqazın antropogen zonasının fərqli olmasını sübut edən bir abidədir.

Bu sözləri Kult.az-a açıqlamasında antropoloq-arxeoloq, tarixçi Kərəm Məmmədov Azıx mağarasının prioritetlərindən bəhs edərkən deyib.

O bildirib ki, sözügedən mağara Məmmədəli Hüseynov tərəfindən aşkar edilib və o vaxtki hesablamalara görə, Azıx mağarası dünyanın abidələr üzrə dördüncü tapıntısıdır:

“Monre Çerçio mağarası və bu kimi digər qədim insan yaşayış məskənləri, Azərbaycan sərhədlərindən heç də uzaq olmayan Dmanisi Trop abidəsi Azıx mağarasından sonra kəşf olunub. Bu isə Azərbaycanın qədim dövrdə insanların yaşayış məskəni olduğunu sübut edir. Təəssüf ki, indiyə qədər ermənilər onu silah anbarı kimi istifadə edib. Fransa səfiri ilə söhbət əsnasında da bunu vurğulamışam: Çox təəssüf ki, bəzi ölkələrin nümayəndələri (Fransa və İspaniya nəzərdə tutulur – red.) qeyri-qanuni olaraq Azərbaycandan icazəsiz orada qazıntı işləri aparıb. Ermənilərin fəaliyyətini Ağdam timsalında aydın görürük. Belə ki, Ağdama “XXI əsrin Xirosiması” demək mümkündür. Atom bombasından istifadə edilərək dağıdılan Xirosima Ağdam qədər yerlə-yeksan edilməyib. Ölünün məzardan çıxarılması qədər böyük vəhşilik heç yerdə görülməyib. Nə yaxşı ki, bu gün bu dünya əhəmiyyətli abidə bizim nəzarətimizdədir”.

K.Məmmədov qeyd edib ki, bir antropoloq-arxeoloq kimi orada araşdırmanı davam etdirməyi düşünür:

“Möhtərəm Prezident İlham Əliyev alimlərə səslənib və biz alimlər onun çağırışına səs verməliyik. Bu yay tələbələrimizi təcrübəyə Azıx mağarasına aparmaq planımız var”.

Tarix
2021.03.17 / 08:45
Müəllif
Xədicə Nəbiyeva
Digər xəbərlər

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

Vuçiç İlham Əliyevə zəng etdi

Bakı və İrəvan arasında tezliklə... - Hakan Fidan

İrana hücum Epşteyndən qaçmaq üçün acınacaqlı cəhddir

İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi

Türkiyə Ermənistanla sərhədi açmağa tələsir - Səbəb

Erməni riyakarlığı: xəritəni bu cür saxtalaşdırıblar - Foto

Ceyhun Bayramov Tailanda getdi

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla