Yuxarı

Qadınlar kişilərdən üstündür – Araşdırma

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qadınlar kişilərdən üstündür – Araşdırma

Alimlərin apardığı araşdırmanın nəticəsi olaraq son yüzillikdə qadınlar intellekt səviyyəsinə görə kişiləri geridə qoyur.

Axar.az xərici mətbuata istinadən xəbər verir ki, belə bir araşdırmanı Yeni Zelandiya alimləri aparıb. Onların fikrincə, son yüzillikdə qadınlar əqli inkişafda kişiləri üstələməyə başlayıblar. Bu proses vətəndaş cəmiyyətinin inkişafı, qadınların hüquq və azadlıqlarının artması, ailə və işin bir araya sığışdırılması imkanlarının çoxalması ilə sıx bağlıdır.

Tədqiqatın nəticələri sübut edib ki, son əsrdə qadınlar arasında IQ intellekt əmsalı səviyyəsi kişilərdə analoji göstəricini xeyli üstələməyə başlayıb. Əvvəllər qadınların bu göstərici üzrə kişilərdən geri qalması müşahidə olunurdusa, son vaxtlar zəif cins bu istiqamətdə irəliləyiş edərək kişiləri geridə qoymağa nail olub. Bununla yanaşı, alimlər qeyd edir ki, müşahidə olunan tendensiya kifayət qədər stabildir və yaxın illərdə fərq daha da arta bilər.

Qadınların intellekt mübarizəsində liderliyinin səbəbini alimlər müasir qadınların demokratik cəmiyyətlərdə bütün hüquqlara malik olmaları və ictimai, iqtisadi və siyasi həyata tam cəlb olunmaları ilə izah edirlər.

Tarix
2015.06.09 / 08:30
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla