Yuxarı

Klinton həbsxanasında 150 illik tilsim qırıldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Klinton həbsxanasında 150 illik tilsim qırıldı

ABŞ-ın Nyu York ştatındakı Klinton həbsxanasında dünya kinematoqrafiyasının əfsanəsi "Şouşenkdən qaçış" filmindəki hadisələr reallaşıb.

Axar.az xarici mətbuata istinadən xəbər verir ki, iki məhkum – 48 yaşlı Riçard Mett və 34 yaşlı Devid Svit öz kameralarının divarını dələrək binanın kanalizasiya sisteminə çıxmağa müvəffəq olub və nəticədə kanalizasiyanın küçəyə açılan tərəfi ilə həbsxanadan qaçmağı bacarıblar.

Həbsxana səlahiyyətliləri Riçardla Devidin divarı dələ bilmək üçün hansı alətdən istifadə etdiklərini və onu kimdən aldıqlarını ortaya çıxarmaq üçün yeni araşdırma başladıb.

Qeyd edək ki, Nyu Yorkun şimalında yerləşən bu həbsxanadan 150 il ərzində heç bir məhkum qaça bilməmişdi.

Stiven Kinqin romanının ekran əsəri olan "Şouşenkdən qaçış" filmində məhkumlardan biri kiçik bir alətlə bir neçə il kamerasının divarında dəlik açır. Dəlik istədiyi uzunluqda və dərinlikdə olanda bu dəlik vasitəsilə kanalizasiya borusuna çıxır və qaçmağa müvəffəq olur.

Sözügedən film 7 "Oskar" mükafatına layiq görülüb.

Tarix
2015.06.09 / 21:56
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla