Yuxarı

Kitabımız dünya birincisi oldu – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kitabımız dünya birincisi oldu – Foto

Dünən Çinin Yantay şəhərində keçirilən "Dünya Qurmanlarının Mətbəx Kitabı Mükafatı" müsabiqəsində "Azərbaycan Mətbəxi" kulinariya kitabı "Ən yaxşı Şərqi Avropa mətbəx kitabı" nominasiyasında qalib gələrək 1-ci yer tutub.

Axar.az xəbər verir ki, tədbirdə Azərbaycan tərəfini kitabın müəllifləri Tahir Əmiraslanov və Leyla Rəhmanova təmsil edib.

Kitab Azərbaycanın milli mətbəxinin və kulinariya ənənələrinin beynəlxalq səviyyədə təqdim və təbliğ edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə Böyük Britaniyanın "Saqi Kitabları" nəşriyyatı tərəfindən nəşr olub və beynəlxalq səviyyədə keçirilən "Dünya Qurmanlarının Mətbəx Kitabı Mükafatı" müsabiqəsi çərçivəsində bir neçə mərhələni adlayaraq final mərhələsinə keçib.

Dünyanın 125 ölkəsindən yüzlərcə nominantın və minlərcə kitabın iştirak etdiyi müsabiqədə "Azərbaycan Mətbəxi" kulinariya kitabı ilə yanaşı, Azərbaycan mətbəxindən bəhs edən daha 3 kitab qalib olub.

Tarix
2015.06.11 / 01:40
Müəllif
Vasif Əlihüseyn
Digər xəbərlər

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla