Yuxarı

Erməni maşınlarını daşa basırıq? – Həyasızlığın son həddi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni maşınlarını daşa basırıq? – Həyasızlığın son həddi

Erməni mediası yenidən Qafan yolunda erməni seriyalı maşınlardan birinin “azərbaycanlılar tərəfindən” daşa basılması barədə məlumat yayıb.

Axar.az xəbər verir ki, bu həyasız iddia Qafan meri Gevork Parsyana istinadla tirajlanıb.

Guya hadisə 4 apreldə, David Bek-Şurnux yolunda, saat 16-17 arası baş verib. “Xoşbəxtlikdən” (mer bu sözü işlədir), daşlar maşına dəyməyib. “Bu, bu yolda ilk hadisədir”, - erməni mer deyib.

Amma Ermənistan mediası bununla bağlı artıq bir neçə dəfə informasiya yayıb.

Yayılan məlumatın həyasız yalan olmasının sübutu odur ki, azərbaycanlılar hələ işğaldan azad edilən ərazilərə köçməyiblər, hələ quruculuq işləri aparılmayıb və minalar təmizlənməyib. Yəni orda erməni maşınına daş atacaq uşaq yoxdur.

Orda yalnız Azərbaycan Ordusunun və Dövlət Sərhəd Xidmətinin əsgərləri ola bilər. Əsgər isə daş atmır, ay erməni, əsgər güllə atır və Azərbaycan əsgərinin atdığı güllənin də yan keçmədiyini 44 günlük müharibədə bütün dünya gördü.

Ermənilərin əslində Azərbaycan Ordusunun nəzarətində olan ərazilərdən keçərkən və ümumiyyətlə, əsgərimizin qaraltısı gələrkən başına daş ələndiyini sanması, onu qara basması və qaya parçalarının üstünə gəlməsini təsəvvür etməsi normaldır. Zatən Ordumuz bu xofu elə yaradıb ki, ermənilərin yaxın 50 ildə Azərbaycan əsgəri görəndə başlarına daş düşəcək – sözün hər mənasında.

Ancaq qorxu-qarabasmasını xəbərə çevirmək və tirajlamaq sadəcə əxlaqsızlıqdır ki, bunu da ancaq erməni bacarar və bacarır da...

Tarix
2021.04.06 / 16:04
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan əsgəri 20 km dərinliyə necə gedə bilib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

Çavuşoğlundan Bakıda mesaj: Müharibənin bitməsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla