Yuxarı

Qənirə Paşayeva Rüstəmovla görüşdü - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qənirə Paşayeva Rüstəmovla görüşdü - Foto

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva görkəmli heykəltəraş Aslan Rüstəmovla görüşüb.

Kult.az xəbər verir ki, Q.Paşayeva Ulu Öndərin Xətai rayonu, Heydər Əliyev Parkındakı əzəmətli heykəlinin, "Ana harayı" abidəsinin, habelə Sovet dövründə Sarı Aşıq, Bəhram Gur abidələrinin (Albert Mustafayev və Qorxmaz Sücəddinovla birgə) müəllifi kimi geniş şöhrətə malik sənətkarla görüşdən məmnunluğunu ifadə edib:

"Sizin heykəltəraşlıq əsərləri ilə yanaşı, bir çox xatirə medallarının müəllifi olmanızı da bilirik və siz bu sahədə özünəməxsus üslubla seçilmisiniz. Sizin təvazökar davranışlarınız, ziyalılığınız özü bir örnək təşkil edir. Ayrıca, siz rəssam və heykəltəraşlar ailəsinin görkəmli nümayəndəsisiniz, övladlarınız da sənət yolunuzu davam etdirməkdədir. Sizə möhkəm can sağlığı diləyir, yetirmələrinizə isə sizdən daha çox öyrənmələrini tövsiyyə edirəm. Siz bir məktəbsiniz".

Görüşdə Aslan Rüstəmovun oğlu - heykəltəraş Mahmud Rüstəmov və gənc heykəltəraş Namiq Hüseynov da iştirak edib. Görüşdə ustad sənətkarın qarşıdan gələn 80 illik yubileyi, bu ilki mühüm mədəniyyət tədbirləri, özəlliklə Qarabağda mədəni quruculuq işləri haqqında, Azərbaycanın tarixi şəxsiyyətlərinin irsinin, xatirəsinin yaşadılması barəsində fikir mübadiləsi aparılıb.

Aslan Rüstəmov müəllifi olduğu "Mirzə Fətəli Axundov" xatirə medalını, Mahmud Rüstəmov isə müəllifi olduğu qarışıq qrafika əsərini Komitə sədrinə hədiyyə edib.

Q.Paşayeva sənətkara və onun sənət yolunun davamçısı olan görüş iştirakçılarına Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

Tarix
2021.04.11 / 22:00
Müəllif
Kult.az
Digər xəbərlər

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla