Yuxarı

Paşayeva “Qurdlar vadisi”nin məşhur rejissoru ilə görüşdü

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayeva “Qurdlar vadisi”nin məşhur rejissoru ilə görüşdü

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qardaş Türkiyənin məşhur sənətkarı - kinorejissor, ssenarist Osman Sınavla görüşüb.

Kult.az xəbər verir ki, onun respublikamıza səfər etməsindən, onunla görüş və fikir mübadiləsindən məmnunluğunu bildirən Q.Paşayeva O.Sınavın məşhur ekran əsərlərinin Türkiyə və Azərbaycanla yanaşı, bütün türk-islam dünyasında, dünyanın bir çox başqa ölkəsində maraq və heyranlıqla izlənməsindən qürur duyduğunu söyləyib.

Komitə sədri O.Sınav kimi məşhur sənətkarın Azərbaycanla bağlı mövzulara, özəlliklə 44 günlük Vətən müharibəsinə yanar ürəklə yanaşdığına, ciddi sənətkar marağı göstərdiyinə görə təşəkkür edib.

Osman Sınav üzərində işlədiyi ekran əsərləri, yeni yaradıcılıq planları, ideyalar və təşəbbüslər haqqında Komitə sədrinə məlumat verib, onunla ətraflı fikir mübadiləsi aparıb.

Görüşdə qardaş ölkələrin ümumi marağının ifadəsi olan ortaq mədəniyyət layihələri, Şuşanın Azərbaycanın Mədəniyyət Paytaxtı olmaqla yanaşı, türk-islam dünyasının Mədəniyyət Paytaxtı mənəvi statusunun daşıyıcısı kimi də qəbul edildiyini, Qarabağ (Azərbaycan) həqiqətlərinin təbliğində sənətin yaratdığı imkanlar və s. müzakirə edilib.

Görüşdə Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov, nazirliyin əməkdaşları və RHİMİB sədri Arzu Bağırova iştirak edib.

Komitə sədri Osman Sınava və bərabərindəki heyətə Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb.

Tarix
2021.04.12 / 21:28
Müəllif
Kult.az
Digər xəbərlər

Bakı və Dəməşq arasında ilk məsləhətləşmələr keçirildi

MOSSAD-da mükəmməl islahat: İran daxildən necə vuruldu?

Dominqes Azərbaycana başsağlığı verdi

Litva və Azərbaycan arasında məsləhətləşmələr keçirildi

Tokayevdən Paşinyana böyük jest - Kremlə mesaj

Kimlərə güzəştli kreditlər veriləcək? - Prezidentdən qərar

İsraildən Paşinyanın qələbəsinə reaksiya

Ceyhun Bayramov Boçorişvili ilə görüşdü

Kinterodan Əliyevə: Anlaşmanı möhkəmləndirmək istəyirik

Rubionun maraqları ABŞ-ı Cənubi Qafqazda təhlükəyə atır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla