Yuxarı

Əmir Teymur konfransı: Mahmudov çıxış etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əmir Teymur konfransı: Mahmudov çıxış etdi

Böyük sərkərdə və dövlət xadimi Əmir Teymurun anadan olmasının 685 illiyinə həsr olunan beynəlxalq onlayn konfrans keçirilib.

AMEA-dan Kult.az-a verilən məlumata görə, beynəlxalq konfransın təşkilatçısı Özbəkistan Elmlər Akademiyasının Tarix İnstitutu olub.

Konfransı Özbəkistan Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Azamat Ziyo açdıqdan sonra əsas məruzəçi olaraq söz AMEA-nın müşaviri, akademik Yaqub Mahmudova verilib. Y.Mahmudov konfransda “Dünya tarixinin dahi sərkərdəsi Əmir Teymur” mövzusunda çıxış edib.

Tarixçi alim çıxışında deyib ki, Əmir Teymurla İldırım Bəyazid, Uzun Həsənlə Fateh Sultan Mehmet, Şah İsmayılla Sultan Səlim, Şah Təhmasiblə Sultan Süleyman qarşı-qarşıya qoyulmamalıdır. Bu qarşıdurmada Qərb diplomatiyasının mühüm rolu olub. Hazırda Qərbdə türk dünyasının tarixi şəxsiyyətləri aşağılanır, amma İsgəndər, Sezar, Napoleon kimi şəxsiyyətlər isə mədh edilir.

“Ayağını yüngülcə çəkdiyi üçün düşmənlərinin həqarətlə “Axsaq Teymur”, “Topal Teymur”, “Teymurləng”, “Tamerlan” adlandırdığı Əmir Teymur uzaqgörən dövlət xadimi idi. İşğal etdiyi ölkələrdə elm-sənət adamlarına, sənətkarlara, tacirlərə toxunmazdı. Dünyanın ən məşhur sənətkarlarını imperiyanın paytaxtı olan Səmərqəndə göndərər və bu gün dünyanı heyran qoyan Səmərqənd abidələrinin ucaldılmasını nəzarət altında saxlayardı”, - deyə akademik qeyd edib.

Y.Mahmudovun məruzəsi Özbəkistan Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Azamat Ziyo, türkiyəli professor Əhməd Şimşirgil və başqa alimlər tərəfindən böyük maraq və razılıqla qarşılanıb. Tədbirdə müştərək elmi araşdırmaların aparılmasının vacibliyi də vurğulanıb.

Xatırladaq ki, Y.Mahmudov 1991-ci ildə macar alimi German Vamberinin “Əmir Teymur” əsərinin Azərbaycan dilində nəşrinə ön söz yazıb və orada Avropamərkəzçilik konsepsiyasını kəskin tənqid edib.

Tarix
2021.04.14 / 16:57
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniya "Nardaran ssenarisi" ilə üzləşir - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla