Yuxarı

Alim Qasımov Cenevrədə konsert verəcək

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alim Qasımov Cenevrədə konsert verəcək

Xalq artisti, muğam ustası Alim Qasımov iyunun 20-də İsveçrənin Cenevrə şəhərində konsert verəcək.

Bu barədə Report-a xalq artistinin mətbuat katibi Səadət Möhübbətova bildirib.

O, Ramazan ayının hər il Alim Qasımov üçün gərgin keçdiyini deyib: "Bu gün Alim müəllim Ramazanın ilk orucunu tutub. Gecə isə səfərə gedir. O, qızı, əməkdar artist Fərqanə Qasımova ilə birlikdə iyunun 20-də Cevevrədə konsert proqramı ilə çıxış edəcək".

S.Möhübbətova bildirib ki, iyunun 21-də isə Alim Qasımov Cenevrədə ustad-dərsi keçirəcək: "Qastrol səfərinin təşkilatçısı "Aga Khan" Musiqi Fondudur. Fondun sədri özbək əsilli Feyruz Nişanovadır. Dünyanın ən görkəmli 6 min musiqiçisi fondun üzvüdür".

A.Qasımov iyunun 23-də Azərbaycana qayıdacaq.

Tarix
2015.06.18 / 13:09
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla