Yuxarı

Zəfər muzeyinin konsepsiyası hazırdır

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəfər muzeyinin konsepsiyası hazırdır

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyası yerli və xarici ekspertlərin iştirakı ilə hazırlanıb və aidiyyəti üzrə təqdim edilib.

Kult.az xəbər verir ki, bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, muzeyin Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirdiyi əzmkarlıq, rəşadət və peşəkarlığı əbədiləşdirən möhtəşəm kompleks, eyni zamanda Azərbaycan xalqının qəhrəmanlıq irsi, Qələbə və vətənpərvərlik rəmzi, qazanılmış qələbəni unikal eksponatlarının zənginliyi və müasir təqdimat metodları ilə tamaşaçıya çatdıran məkan olması nəzərdə tutulur:

"Hazırlanmış konsepsiya layihəsi Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi ilə nəticələnmiş, tarixə qızıl hərflərlə yazılmış möhtəşəm qələbəni hərtərəfli şəkildə nümayiş etdirən müasir mərkəz kimi təşkil olunmasına imkan verəcək".

Əlavə olunub ki, hazırda Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin fondunun zənginləşdirilməsi məqsədilə lazımi materialların toplanılması işi davam etdirilir.

Tarix
2021.05.05 / 11:17
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla