Yuxarı

Depardye: “Bu səbəbdən Rusiyada yaşayıram”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Depardye: “Bu səbəbdən Rusiyada yaşayıram”

Fransa kinematoqrafiyasının canlı əfsanələrindən olan Jerar Depardye qonaq olduğu radio verilişində maraqlı fikirlər səsləndirib.

Axar.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa hökumətinin "vergidən yayınmaq üçün başqa ölkələrdə yaşayır" deməsindən sonra Vladimir Putinin təklifini qəbul edərək Rusiya vətəndaşlığı alan Jerar Depardye həyatı boyu çəkildiyi 181 filmdən yalnız 15-i ilə qürur duyduğunu açıqlayıb. O, Fransa hökuməti haqda da sərt fikirlər səsləndirib:

"Fransız siyasətçilərini başa düşə bilmirəm. Açığı, onları heç sevmirəm. Elə buna görə də dilini bilmədiyim bir ölkədə – Rusiyada yaşayıram".

Özündən bəhs edən aktyor həmişə səmimi olmadığını, həyat qanunlarını tez-tez pozduğunu deyib: "Bu fikrimə görə çoxlarının məndən zəhləsi gedə bilər, amma mən heç vaxt insanların hamısının sevgisini qazanmağı istəməmişəm".

Mətbuatın onu əyyaş adlandırmasına şərh verən Depardye heç də həmişə içmədiyini bildirib:

"Məni Fransanın ən məşhur alkoqoliklərindən biri kimi qələmə versələr də, bu, belə deyil. Tez-tez içmirəm. Mən yaşamaq üçün içən və yaşamın alkoqolik etdiyi biriyəm. Deməli, o qədər də günahkar sayılmıram".

Tarix
2015.06.20 / 10:22
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Azərbaycandan Almaniyaya etiraz

Vurulma görüntüsü "Royad Məmmədov"a aid deyil - Video

Türk diplomat Bakıdan niyə imtina etdi? - Video

Qonşuda 47 ildə ilk: çöküş başladı, nazir istefa verdi

Ukraynaya növbəti humanitar yardım göndərildi

Ceyhun Bayramov Türkmənistana getdi

İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Müharibə başa çatsa da, onlar üçün gözlənti davam edir

Avqust Hanninqin casusluq işində Azərbaycanın adı...

Abramyan: Bakı çox böyük oyuna başlayıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla