Yuxarı

Məşhur Ulu körpü dağılır - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur Ulu körpü dağılır - Foto

Qax rayonunun İlisu kəndinə gedən yolda, Kürmük çayının üzərində salınan Ulu körpü dağıntılara məruz qalıb.

Kult.az xəbər verir ki, bu barədə Bakupost.az-a kənd sakinləri məlumat verib.

Bildirilir ki, həmin körpü uçulub-sökülür, lakin dövlət tərəfindən tarixi-memarlıq abidə kimi qorunduğu üçün kənd camaatı heç bir şey edə bilmir:

“Tarix gözümüzün qarşısında məhv olub gedir, imkan da vermirlər ki, biz - yerli sakinlər bir əncam edək. Deyirlər ki, müvafiq qurumların icazəsi olmadan heç bir şey etmək olmaz. Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və digər cavabdeh qurumlar buna biganə yanaşırlar. Heç olmasa imkan versinlər, özümüz o körpünü təmir-bərpa edək. Deyilənə görə, vaxtılə bu körpünün tikintisində inşaat materialı kimi yumurta sarısından, çay daşı, əhəng məhlulu və bişmiş kərpicdən istifadə olunub. O vaxt dağ çayından güclü gələn sel bu körpünün üzərindən aşıb, amma onu dağıda bilməyib. İndi əldən gedir, uçur-dağılır. Sakinlər fotoların çəkib paylaşırlar ki, bəlkə kimsə nəsə edə. Dağıntılar təkcə bu şəkillərdə görünəndən ibarət deyil, digər ətraflarında da sökülmələr gedir. Tarixi abidədi deyə heç kim müdaxilə edə bilmir ki, körpünü düzəldək, dağıntının qarşısını alaq”.

Sakinlər qeyd edir ki, 1980-ci ildə həmin körpünün yanında yeni, müasir körpünün tikilməsinə baxmayaraq, bugünkü nəsillər, eləcə də rayona gələn turistlər bu nadir abidəni seyr etməklə onun üzərindən keçib getməkdən zövq alırlar.

Güman edirik ki, üç əsrdən artıq tarixə şahidlik edən Ulu körpünün gələcək nəsillərə də ötürülməsi üçün aidiyyəti qurumlar müvafiq işlərə başlayacaq. Bu cür nəhəng tarixə malik bir abidənin məhvinə imkan verməyəcəklər.

Qeyd edək ki, Ulu körpünün XVII əsrin sonu, XVIII əsrin əvvəllərində tikildiyi ehtimal olunur. Məlumata görə, körpü el sənətkarı usta Ömər tərəfindən inşa edilib.

Tarix
2021.05.18 / 12:05
Müəllif
Kult.az
Digər xəbərlər

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla