Yuxarı

Ermənilərin Qaragöl iftirası: Bu dəfə Heydər Əliyevin adı ilə...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin Qaragöl iftirası: Bu dəfə Heydər Əliyevin adı ilə...

12-13 may tarixlərində Azərbaycan ordusunun sərhədlərimizin demarkasiya və delimitasiyası çərçivəsində atdığı addım – Qaragöl istiqamətində 2-3 km irəliləyərək, gölü nəzarətə götürməsi ermənilərdə dəhşətli panikaya səbəb olub.

Əsgərimizi görəndə qorxusundan dəli olan erməniləri sakitləşdirmək üçün Azərbaycan tərəfi mövqeni saxlamaqla, əsgərləri geri çəksə də, ermənilər ovunmadı: Putin, Makron, KTMT Baş katibi Zas, KTMT-nin hazırkı sədri İmaməli Rəhman (və komandası), ABŞ Dövlət Departamenti, səfirlər, diplomatlar... – əllərinə kim keçdisə, şikayət etdilər, edirlər və yenə “...məruz qaldıqlarını” bildirirlər. Peşəkarcasına məzlum rolu oynamağı bacaran, beynəlxalq güclərin əlində alət olmaqdan xüsusi zövq alan və hər zaman onların sayəsində torpaq zəbt edəcəklərini və yaxud zəbt etdikləri torpağı saxlayacaqlarını düşünən ermənilər öz riyakarlıqlarını sərgiləyirlər.

Qaragöl məsələsi ortaya çıxanda hər hansı təbliğatdan imtina edən, xəritələr və sübutlarla müxtəlif orqanlarda və müxtəlif dillərdə, o cümlədən dip-missiyalarda kampaniya aparmaq istəməyən Azərbaycanın ölkədaxili mediası bu məsələyə ara-sıra toxunur – ona görə “ara-sıra” ki, erməni təbliğat maşınının baş xəbəri Qaragöldür, bununla müqayisədə bizim media Qaragöldən, demək olar ki, yazmır. Və doğrusu, ermənilərin irimiqyaslı materiallarını oxuduqca artıq nəinki Makron və Bayden, elə mən özüm də yavaş-yavaş inanmağa başlayıram ki, Qaragöl ermənilərindir. Yəni Makronun ermənipərəst olmasına heç bir şübhə etmirəm, sadəcə, Makronun haçan əlinə xəritədən-zaddan verməyə təşəbbüs göstərdik ki!

Mirzə Cəlil “sözünü o kəslərə de ki, sənə qulaq vermirlər” deyirdi. Yəni səni eşidəni – məsələn, Türkiyəni – inandırmağa və ona tarixi dəlilləri göstərməyə nə var ki! “Sənə qulaq verməyən” makronların əlinə verməliyik faktları, sənədləri, sübutları.

Ermənilər hər zaman bizim tariximizi, həqiqəti, real faktı bizə qarşı istifadə ediblər – elə buğun başladıqları “yeni kampaniya”nın məqsədi də budur.

Bayaq dediyim kimi, Qaragöllə bağlı azsaylı yazılarımızda bu gölün tarixinə toxunulmuşdu və şahidlər danışmışdı, o prosesdə adbaad iştirak edənlər xatırlanmışdı.

Qaragöldən ermənilərin istifadəsi 1960-cı illərdə yaranıb. Əvvəlcə suyundan istifadə üçün xahiş ediblər, sonra göldə erməni raykomun balıqları saxlanılıb, sonra da gölü mənimsəmək istəyiblər və məhz onda da etirazla üzləşiblər. Nəhayət, 1987-ci ilin noyabrında Qaragöl qoruq elan edilib (Azərbaycan SSR də bununla bağlı qərar verib), müştərək istifadə “rəsmiləşib”. Yəni ərazi bu vaxta qədər Azərbaycanın mübahisəsiz ərazisi olub, yalnız ermənilərə sudan istifadə və balıq saxlamaq icazəsi verildiyi üçün nəticə gəlib bu hala çıxıb və SSRİ “müştərək istifadə” kimi əbləh bir qərara razılaşıb.

Bunları biz yazdıq, biz tirajladıq.

Bu gün erməni mediası “şahidlər” tapıb və eyni şeyi guya azərbaycanlıların etdiyi kimi qələmə verib. Guya Qaragölün suyundan istifadə üçün Heydər Əliyev “qardaş xalqa” (dırnaqda fərqləndirmə ermənilərə aiddir – red.) müraciət edib, indi gölün mübahisələndirilməsinin də səbəbi budur. Hətta 1987-ci il qoruq qərarı da Ermənistanın adına bağlanır: “müstəqil Ermənistan” isə 2001-ci ildə bu qərarı ləğv edibmiş...

Dünyada ermənilər qədər həyasız, əxlaqsız, “adımı sənə qoyum, səni yana-yana qoyum” məntiqli nəinki millət, heç həşərat da yoxdur. Günlərdir şahidlərin dilindən verdiyimiz faktları oğurlayıb, müxtəlif dillərdə “özlərinin faktı” kimi təqdim etməyə başlamaları o qədər heyrətamiz saxtakarlıqdır ki, adam söz tapa bilmir.

Yeri gəlmişkən, azərbaycanlıların da arasında bu cür üzəkeçənlər var və tam əminliklə deyirəm ki, həmin şəxslər erməni südü əmənlər, ya da elə adını dəyişmiş ermənilərdir, içimizə yerləşdirilib.

Bu cür düşmənlə üz-üzə olduğumuzu heç zaman unutmamalıyıq.

Ona görə dünyanın müxtəlif yerlərindən Bakıya gələn “sərhəd zəngləri”nin səbəbini həm də təbliğatda axtarmaq lazımdır...

Tarix
2021.05.18 / 23:12
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Paşinyan açıqladı: Azərbaycan buna icazə verib!

İlham Əliyev Vensə bu fotoları göstərdi - Video

Şuşa yolunda qaçan cüyürlər maraq doğurdu - Foto

Tramp Azərbaycana heyrandır - Vens

Son altı ayda Donald Trampla... - Prezident

Azərbaycana bu marşrutla uçan ilk şəxs oldum - Vens

Vensin Bakı səfəri Türkiyə üçün çox önəmlidir - Video

Prezidentin Venslə geniş tərkibdə görüşü baş tutdu

Bakı və Vaşinqton regional tərəfdaşlığı gücləndirir

Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla