Yuxarı

Atam “Laçın” deyə-deyə dünyadan köçdü

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Atam “Laçın” deyə-deyə dünyadan köçdü

Atam “Laçın” deyə-deyə bu fani dünyadan köçdü. Atamın Laçınla bağlı çox arzuları, xatirələri vardı. Yadımdadır, bir gün mənim yanımda ondan soruşdular ki, Laçın işğaldan azad edilsə, nə edərsən? O demişdi ki, bilmirəm, bəlkə də sevincimdən o qədər oxuyaram ki, səsim batar.

Bu sözləri Kult.az-a açıqlamasında əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib.

O bildirib ki, bu günə qədər 18 may tarixi bütün laçınlılar üçün ən kədərli gün idi:

“Bu gün şükür ki, təkcə Laçın yox, bütün ərazilərimiz işğaldan azad edilib. Sevinirəm, çünki artıq vətən həsrəti çəkməcəyəyik. İşğalın acı, kədərli günləri geridə qalıb. Müzəffər Ordumuz, Ali Baş Komandanımız bizə bu tarixi qələbəni, Laçınımızı bəxş etdi. İşğal zamanı həlak olan analarımız, bacılarımız, oğullarımızın qisası alındı.

İndi atamın ruhunun sakit olduğunu, hüzur tapdığını düşünürəm. Atamın Laçınla bağlı çox arzuları, xatirələri vardı. Bilirsiniz, ağır bir şeydir doğulduğun torpaqdan uzaqda ölmək. Bu gün onun "Laçınım mənim" mahnısı daha mənə kədər gətirmir”.

Qeyd edək ki, 1992-ci ilin 18 mayında işğal edilən Laçın rayonu dekabrın 1-də azad olunub.

Tarix
2021.05.18 / 14:38
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla