Yuxarı

Zəngəzuru ermənilərə kim və necə verdi? – Şok sənədlər

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. Ona görə, bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda, böyük türk dünyası iki yerə bölünürdü” – Prezident İlham Əliyev çıxışında bildirib.

Bəli, bu çıxışın tarixi sənədləri və sübutları var. Zəngəzur Azərbaycan torpağıdır və 1920-ci ilə qədər bütün beynəlxalq sənədlərdə, xəritələrdə və yazışmalarda bura Azərbaycan əraziləri kimi qeyd edilib.

Əlbəttə, Cümhuriyyət dövründə Amerika və onun Qafqaz üzrə hərbçiləri Zəngəzurun ermənilərə verilməsi istiqamətində çox iş gördülər, ordunu ordan çıxardılar, daşnakların günahsız azərbaycanlıların qətl edilməsinə göz yumdular, minlərlə azərbaycanlının torpağından zorla qovulmasına susdular. Amerikanın ardınca buranı işğal edən Sovetlər, məhz Rusiya qədim Azərbaycan torpaqlarının ermənilərə verilməsini sənədləşdirdi.

1920-ci ilin 28 aprelində Bakı şəhərinin qırmızı terror-bolşeviklər tərəfindən işğal edilməsindən sonra onlar Azərbaycanın tamam ələ keçirilməsi üçün irəli getdilər. 19 iyun 1920-ci ildə Leninə teleqram göndərilir və orda yazılır: “Qarabağ və Zəngəzurda Sovet hakimiyyəti quruldu, qeyd edilən ərazi sakinləri özlərini Azərbaycan Sovet Respublikasının ayrılmaz hissəsi hesab edirlər” (Mənbə: Центральный партийный архив Института марксизма - ленинизма при ЦК КПСС (в дальнейшем – ЦПА ИМЛ). Ф. 461. On. 1. Д. 4525. Л. 1).

Bir neçə gündən sonra Serqo Orconikidze Lenin, Stalin və Çiçerinə yazır:

“Erməni inqilabçı Ter-Qabrelyanla danışdım, o, Dərələyəz uyezdinin Ermənistana verilməsi şərti ilə Qarabağ və Zəngəzurun Azərbaycan tərkibində qalmasına etiraz etmir, biz bununla bağlı yoldaş Nərimanovla danışacağıq” (Mənbə: Архив МИД СССР. Д. 54862, Л. 25 – 28).

Bu məktubdan sonra Nəriman Nərimanovun Serqo Orconikidze ilə telefon danışğı olur. Nərimanov ona deyir: “Qarabağ və Zəngəzur Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu barədə heç bir söhbət ola bilməz. Siz nəyi gözləyirsiz? Ermənistanla artıq sülh şəraiti var” (Mənbə: ЦПА ИМЛ. Ф. 64. On. 1. Д. 17. Л. 33, 34).

Serqo Orconikidze Çiçerinə bu danışıqdan sonra teleqram göndərir və orda qeyd edilir: “Nərimanov Qarabağ və Zəngəzurun Azərbaycana birləşdirilməsini tələb edir, mən etiraz etmirəm, ancaq bu iki əraziyə muxtariyyət verilsin, mən onları məcbur edə biləcəm buna” (Mənbə: ЦПА ИМЛ. Ф. 64. On. 1. Д. 17. Л. 66).

Bir müddət sonra Çiçerin və surəti Orconikidze olmaqla, Nərimanov, Midivani, Mikoyan və Nuridcyan imzası ilə göndərilən teleqramda yazılır:

“Zənzəgur və Qarabağ mübahisəli ərazi sayıla bilməz, buralar Sovet Azərbaycanının ayrılmaz tərkib hissəsdir. Dro tərəfindən qətl edilən minlərlə erməni isə Azərbaycanda sığınacaq tapırlar” (Mənbə: Архив МИД СССР. Д. 56822. Л. 36).

1920-ci il 10 avqustunda Rusiya KP-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarır, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olunur.

Lakin Serqo Orconikidze dayanmaq bilmir və bütün gücü ilə Zəngəzurun ermənilərə verilməsini müdafiə edir. Moskva Azərbaycanı güzəştlərə məcbur etmək üçün “proletar beynəlmiləlçiliyi” deyilən təbliğat vasitələrindən istifadə edirdi. Bu məsələ bir neçə dəfə müxtəlif səviyyələrdə müzakirə olundu. Lakin bu bölgəni xilas etmək mümkün olmadı.

1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olundu, hərçənd bölgələrdə daşnak hökuməti hələ tam süqut etməmişdi. Sovet Ermənistanına isə hədiyyə növbəti gün edilir. 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərar ilə Zəngəzurun taleyi həll olundu. Nəticədə Zəngəzur qəzasının 6.742 kv verstlik ərazisindən 3.105 kv versti Azərbaycan SSR tərkibində qalır, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilir.

Sovet illərində bu ərazilərdən azərbaycanlıların bir neçə dəfə qovulması həyata keçirilib. Sonuncu dəfə 1988-ci ildə Zəngəzur, Göyçə, Dərələyəzdə, İrəvan, Vedi – indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edilib.

1933-cü ildə Ermənistan SSR-in ərazisi rayonlara bölündü və Zəngəzur adı xəritədən silindi. Yerində Qafan, Gorus, Qarakilsə (Sisian) və Mehri rayonları yaradıldı. Nəticədə Naxçıvan digər Azərbaycan torpaqlarından ayrı salındı. Zəngəzurun Azərbaycanda qalan hissəsində isə əvvəlcə Kürdüstan qəzası, sonra isə Zəngilan, Qubadlı, Laçın rayonları yaradıldı.

Hazırda Ermənistanın hərbi nəzarətində olan Zəngəzur ən qədim dövrlərdən Azərbaycan ərazilərində təşəkkül tapmış dövlətlərin tərkibində mövcud olmuşdur. Erməni, rus, fars mənbələrində bu barədə birmənalı, təkzibolunmaz faktlar, məlumatlar mövcuddur ki, Zəngəzur Azərbaycan torpağıdır. Erməni tarixçisi Gevork Aslan yazır:

“Ermənilərdə heç vaxt dövlətçilik olmamışdır, onlarda vətən hissi və vətənə bağlılıq olmamışdır, nə də siyasi bağlarla vətənə bağlı deyillər. Erməni vətənpərvərliyi yalnız yaşadıqları yerlə bağlı olmuşdur”.

Bəli, amerikalılar, sonra isə ruslar dövlətçiliyi olmayan bir millətə Azərbaycan torpaqları hesabına dövlət yaratdılar…

Qeyd: Dosent Zaur Əliyev bundan öncəki məqaləsində Zəngəzurun amerikalılar tərəfindən ermənilərə verilməsi planları ilə bağlı iddia səsləndirmiş və sənəd təqdim etmişdi.

Tarix
2021.05.22 / 08:30
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

Tulia Ekson Azərbaycana gəldi

Putin İlham Əliyevə zəng etdi

Azərbaycan XİN-dən Fələstinlə bağlı paylaşım - Foto

İrəvan Bakıya bununla bağlı təklif göndərib - Xandanyan

İlin sonuna kimi sülh müqaviləsi imzalanacaq? - Rəsmi

Bəzi dünya liderləri COP29-da iştirak etmədi - Bayramov

Bayramovdan Paşinyanın açıqlamasına münasibət

Fransa COP29-dan imtina etdi - Bayramovdan reaksiya

Bu türk ölkəsi Bakıda 3,7 milyardlıq sazişlər imzaladı

Ümid edirik, gözləntilərə uyğun qərar qəbul olunacaq - Nazir

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla