Yuxarı

105-ci mövsüm başa çatır

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Musiqili Teatrı 105-ci mövsümünə gələn ay yekun vuracaq. Sona çatmaqda olan mövsüm uğurlu və əlamətdar hadisələrlə zəngin olub, bir sıra tamaşaların premyerası keçirilib, teatrın aktyorları səmərəli fəaliyyətlərinə görə müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar.

Axar.az xəbər verir ki, teatrın bağlanışı iyulun 12-də saat 19:00-da Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası ilə olacaq.

Xatırladaq ki, "O olmasın, bu olsun" tamaşası Musiqili Teatrın 105-ci mövsümdəki ən uğurlu tamaşalarından biri olub. Tamaşada Məşədi İbad obrazını canlandıran əməkdar artist Şövqi Hüseynov bu rolun ifasına görə Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə" Milli Mükafatına layiq görülüb.

Tamaşanın quruluşçu-rejissoru Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət" ordenli, Cənnət Səlimovadır. Tamaşada rolları milyonların sevimli gülüş ustası, xalq artisti, "Şöhrət" ordenli Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Amil Məmmədov, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları ifa edirlər.

Tarix
2015.07.01 / 01:27
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla