Yuxarı

Yaşadığımız din buna görə ya qatil, ya da cahil yetişdirir...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaşadığımız din buna görə ya qatil, ya da cahil yetişdirir...

Mirzə Fətəli Axundovla Əli bəy Hüseynzadənin atası, Qafqazın şeyxülislamı yaxın dost olub. Axundovun dinə qarşı münasibəti bəllidir, digəri isə dindar adam idi. Dostluqları ona görə möhkəm idi ki, ikisi də aydın, ziyalı adamdı. Ziyalının isə dindarı, ateisti olmur, ziyalı elə ziyalıdır.

Bu gün Azərbaycanda bütövlükdə XIX-XX əsrin analogiyasına uyğun ziyalı obrazları yoxdur, çoxu din cəhətdən savadsız olduğuna görə bu problemə toxunmaq istəmir, elə özləri də mövhumatçının biri olur.

Bir professor da gedib Mir Mövsüm Ağanın məzarı başında saatlarla oturur, qurban kəsir, bir həkim də, bir cahil də. Bunların hamısı narahatedici məqamlardır. Tarix boyu bizim ziyalılarımız anlayıb ki, bu cəmiyyətin ən böyük problemi saxta dindir. Bu dinin islamla əlaqəsi yoxdur, bizim yaşadığımız din islamın bütün mahiyyətinə zidd olan bir dindir. Ona görə də bu din ya cahil, ya da qatil yetişdirir. Çox az hallarda dini sferadan savadlı, yetkin dünyagörüşünə sahib düşüncə adamı çıxır. Böyük əksəriyyət ateist, dinə loyal münasibət bəsləyən sferadan gəlir. Ona görə də bunu həll etmək lazımdır.

İslam dini elə bir dindir ki, ağıllı adamı daha da müdrikləşdirir, səfehi isə daha da səfehləşdirir. Diqqət edirsinizsə, minlərlə insan, bəlkə də hələ Quran oxumadan, başlarına hicab taxmadan əvvəl daha səmimi idi, amma dinin içinə girdikdən sonra saxtakar və dələduza çevriliblər. Amma elə insanlar da var ki, müdrikdir, ağıllıdır, dini sistemi öyrənəndən sonra da daha səviyyəli davranış nümayiş etdirir.

Tarix
2021.07.10 / 01:19
Müəllif
Fazil Mustafa
Digər xəbərlər

Türklər Azərbaycan simvolu asmağa başladı - Foto

Ermənistanla sərhəd xəttimiz haradan başlayır? - Bayramov

Ermənistanda yeni konstitusiya qəbul olunmalıdır...

Mirzoyanla yaxın zamanda görüş ola bilər - Bayramov

Paşinyan hansı məntiqlə Rusiyaya icazə verdi?

İlham Əliyev İmaməli Rəhmanı təbrik etdi

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla