Yuxarı

SOS: Bu çimərlikdə nəfəs almayın!

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOS: Bu çimərlikdə nəfəs almayın!

Koronavirus pandemiyasına görə beynəlxalq turizmin 85% itirdiyi haqda az öncə beynəlxalq agentlik rəsmi statistika paylaşıb. Bunun əvəzində isə daxili turizmin sürətlə inkişaf etdiyi bildirilib.

Təbii ki, belə də olmalı idi: əgər insan istirahət etməyə xaricə gedə bilmirsə, ölkə daxilində istidən qaçmaq və yaxud məzuniyyətini keçirmək barədə düşünür.

Bölgələrdə qiymətlərin od tutub yandığı haqda məlumat vermişdik. Yəqin ona görə əksəriyyət həm yaxınlığına, həm də hər fürsətdə getmək imkanına görə Xəzər çimərliklərinə üz tutur.

Bəs, burda qiymətlər necədir?

Reklam olmaması üçün ad çəkməyək: Şıx çimərliyində orta xərc belədir:

1. Giriş – adambaşı 3 manat

2. Bir ailə üçün “söhbətlik” (bisetka) – 30 manat (alternativ də var: günlük – 10 manat)

3. Çay – 4 manat

Restoranın xidmətindən imtina etmək də mümkündür. Özünüzlə qida götürə və yaxud yaxınlıqdan zəruri qidalar ala bilərsiniz.

Beləliklə, bir ailənin (4 nəfərlik) Xəzər dənizinin sahilinə çatması 22-42 manatadır. Bundan sonra qida və su xərcləri başlayır ki, bu da təxminən 80 manat edir. Bura ictimai nəqliyyatın işləmədiyini nəzərə alıb, nəqliyyat xərcini də əlavə etsək, minimum 100 manatla Xəzərin sahilində bir neçə saat sərinləmək olar.

Bəs, pullu çimərliyin fərqi nədir?

Şıx ərazisində pullu çimərliyin fərqi daha çirkli olmasındadır. Sudan neft və neft məhsullarından tutmuş qoyun yununa qədər, nə istəsən, tapmaq mümkündür. Təxminən sahildən 40-50 metrlik dərinliyi və 100 metrlik eni – 500 kv.metrəni normal şəkildə, ən azı toyuq lələklərindən, qoyun yunundan, sellofandan, suyun üzünə qalxan yosunlardan təmizləmək mümkündür. Ancaq bütün bunlar sahibkarların ağlının ucundan belə keçmir. Onları Bakının istisindən qaçıb gələnlərin “lələklərini” yolmaq düşündürür, toyuq lələklərini dənizdən təmizləmək yox.

Dənizdə bu çirkaba batandan sonra duş qəbul etmək istəsəniz, problem yoxdur: qırıq krantdan gələn sısqa və buz kimi dəniz suyunun altında qumdan təmizlənib, yenidən mamıra, yosuna və mazuta batmaq xoşbəxtliyi əldə edə bilərsiniz.

Kanalizasiya və mazutun qarışdığı, yəqin ki, dünyanın heç bir yerində olmayan unikal və füsunkar qoxudan boğulmaq şansınız da var. Çalışın, Şıx tərəflərdə olanda nəfəs almayasınız.

Əlbəttə, daha təmiz suyu olan pullu çimərliklərimiz də az deyil. Ancaq ordakı qiymətlər və yol xərcləri daha bahadır.

Xoş istirahətlər...

Tarix
2021.07.22 / 17:58
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev

İranın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş

Meloninin səfərinə hazırlıq: Əmirbəyov Çirielli ilə görüşdü

Erməni general yenə Hindistandadır

Türkiyə və Ermənistan nümayəndələri Qarsda görüşdülər

Azərbaycan və Monteneqro siyasi məsləhətləşmələr keçirdi

Zelenski İrəvana gəlir - Kreml hərəkətə keçdi

Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü

Rusiyadakı səfirimiz Qaluzinlə görüşdü

Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla