Yuxarı

Azərbaycan Beynəlxalq Radiosu 80 yaşında

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Beynəlxalq Radiosu 80 yaşında

30 iyul Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin tərkibində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Radiosunun yaranmasından 80 il ötür.

Kult.az xəbər verir ki, radioda hazırda türk, rus, fars, gürcü, ərəb, ləzgi, talış və kürd dillərində verilişlər yayımlanır.
1941-ci ildə ilk dəfə Azərbaycan radiosu fars və türk dillərində verilişlər hazırlayıb. Həmin verilişlər bir müddət sonra “Bakının səsi” adı altında dünya efirinə çıxıb.

1992-ci ildən başlayaraq Azərbaycan Beynəlxalq Radiosu daha çox dildə verilişlər təqdim etməyə başlayıb.
Radioda gün ərzində sosial, siyasi, mədəniyyət xəbərləri, o cümlədən Azərbaycanın tanınmış şəxsiyyətləri haqqında dünya ictimaiyyətinə məlumatlar təqdim edilir.

Hazırda bu radio AzərSat peyki vasitəsilə internet üzərindən yayımını davam etdirir.

Azərbaycan Beynəlxalq Radiosu səhər 08:25-dən axşam saat 22:30-dək dinləyicilərin qonağı olur.

Qeyd edək ki, Azərbaycan Dövlət Radiosu 1926-cı il 6 noyabrda efirə başlayıb.

Tarix
2021.07.30 / 17:45
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Şövkət Mirziyayev Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi... - Deputat

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

AKP YAP-a sözünü X-lə niyə deyir, YP ilə səhv salır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla