Yuxarı

Laokoona inanan Troya haqqında… - Kamal Abdulla

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Laokoona inanan Troya haqqında… - Kamal Abdulla

Xalq yazıçısı Kamal Abdullanın “Laokoon… Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi” adlı yeni kitabı işıq üzü görüb.

Kult.az xəbər verir ki, yazıçının sayca beşinci romanı olan əsərdə müəllif məşhur “Yarımçıq əlyazma” romanının yazılma tarixçəsini özünəməxsus bədii-fəlsəfi formada təqdim edir.

Roman iç-içə süjetlər və fəsillər vasitəsilə, mifoloji zamanla çağdaş zaman arasında sıçrayışlarla müşayiət edilən hadisələr şəklində qurulub.

Əsərin qəhrəmanı olan Vaqif bir roman yazmaqdadır, bütün düşüncəsi, varlığı həmin əsəri yazarkən içinə dolan “tanış və yad sonsuz lüğət”lə bağlı suallarla dolur. Vaqif öz şübhələrini sevgilisi Firəngizin gözlənilməz suallarında, gözlənilməz şəkildə məsələnin məğzinə işıq tutan baxışlarında yəqinləşdirir. Əsər həm Vaqiflə Firəngizin sevgi əhvalatı mənasında romandır, həm də Vaqif əsər boyu yazmaqda olduğu kitab mənasında roman.

“Köhlən” nəşriyyatında işıq üzü görən kitabın redaktoru Cavid Zeynallıdır.

Kitabın ön sözü çoxmüəlliflidir. Ön sözdə xalq yazıçısı Kamal Abdullanın yaradıcılığı haqqında Umberto Eko, Franko Kardini, Maks Statkiyeviç, Anastasiya Yermakova, Lüdmila Lavrova, Lev Anninskiy, Klod Aliber, Sudha Svarnakar, Anar, Ramiz Rövşən, İsa Həbibbəyli, Arif Acaloğlu, Tehran Əlişanoğlu, Azər Turan, Vaqif Nəsib, Aqşin Yenisey, Elnarə Akimova, Mətanət Vahid, Maraq Yaqubova, Qismət Rüstəmov, Nargis və Ülvi Babasoyun fikirləri yer alıb.

Kamal Abdulla yeni əsəri haqqında fikrini belə ifadə edib: “Bu roman Laokoona inanan Troya haqqındadır”.

Tarix
2021.08.02 / 15:18
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla