Yuxarı

Şuşanın möhtəşəm gecə görüntüsü: 3 abidə... - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şuşanın möhtəşəm gecə görüntüsü: 3 abidə... - Video

Millət vəkili Qənirə Paşayeva Şuşanın mərkəzi meydanında Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün güllələnmiş büstlərini ziyarət edib.

Kult.az xəbər verir ki, millət vəkili ermənilərin vəhşiliyinin rəmzi olan bu abidələrin bir vaxtlar dövlətimiz tərəfindən Bakıya aparıldığını xatırladıb. O deyib ki, bir vaxtlar bu abidələrin Şəhidlər Xiyabanında qoyulmasını təklif edirdik:

“Lakin dövlət başçımız Şuşa azad olunduqdan sonra o abidələri haqq etdikləri yerə qaytararaq, ən müdrik qərarı vermiş oldu. Bu qərar dövlət başçımızın uzaqgörənliyinin, qətiyyətinin və haqq işimizin qalibiyyətinə sarsılmaz inamının dəqiq ifadəsidir.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad edilmiş əziz Şuşamızın mədəni-mənəvi iqlimi bərpa olunur.

Şuşa azadlıqdan abadlığa keçid dövrünü, quruculuq dövrünü yaşayır. Biz əminik ki, çox yaxın zamanlarda əziz Şuşamız yalnız respublikamızın, Qafqazın deyil, dünyanın ən abad şəhərlərdən biri kimi tanınacaq.

Bu gün hörmətli Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu istiqamətlərdə çox önəmli işlər görür və inanırıq ki, hər üç sənətkarımızın irsi Şuşada ən yüksək səviyyədə yaşadılacaq. Bununla belə, hər bir azərbaycanlı erməni vandalizmini, erməni faşizminin iç üzünü görmək, duymaq istəməyənlərə gerçəklikləri yorulmadan çatdırmalıdır”.

Tarix
2021.09.06 / 08:00
Müəllif
Kult.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla