Yuxarı

Zurufçunun vəfatı ilə əlaqədar nekroloq yayıldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zurufçunun vəfatı ilə əlaqədar nekroloq yayıldı

Mədəniyyət Nazirliyi əməkdar artisti Yaqub Zurufçunun vəfatı ilə əlaqədar nekroloq yayıb.

Kult.az xəbər verir ki, nekroloqda deyilir:

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Azərbaycanın əməkdar artisti Yaqub Zurufçu 65 yaşında dünyasını dəyişib.

Yaqub Zurufçu 1956-cı il aprelin 8-də Təbriz şəhərində dünyaya göz açıb. 11 yaşında xalq mahnıları və bəstəkar mahnıları ilə tez bir zamanda tanış olan Yaqub Zurufçu 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri var xana-xana", "De gülüm gəlsin, ay nənə", "Dilbər" mahnılarını məharətlə ifa edib. Müğənni bu istedadını və oxumaq istəyini atasının uzun müddət Bakıda yaşaması və Azərbaycan musiqisinə olan böyük sevdası ilə əlaqələndirirdi.

Yaqub Zurufçu 19 yaşında Tehran Universitetinin İqtisad fakültəsində təhsilə başlayıb, eyni zamanda Tehran operasının xorunda musiqi fəaliyyətini davam etdirib. 1980-ci ildə Almaniyaya köçən müğənni musiqi təhsilini Hamburq şəhərində vokal sənəti üzrə davam etdirib, daha sonra Amerikanın Florida ştatında Mayami şəhərinin Mayami Universitetində vokal sənəti üzrə master diplomunu alıb.

Bütün həyatı boyu qəlbində Azərbaycan musiqi sevdası ilə yaşayan Yaqub Zurufçunun dillər əzbəri olan “Ayrılıq” mahnısının hər bir vətəndaşımızın qəlbində xüsusi yeri var. O, 17 sentyabr 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" fəxri adına layiq görülüb.

Bir neçə gün öncə koronavirusa yoluxan sənətçi müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Tarix
2021.09.14 / 22:35
Müəllif
Kult.az
Digər xəbərlər

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla