Yuxarı

Musa Yaqubun qəbirüstü abidəsinin hazırlıqlarına başlandı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Musa Yaqubun qəbirüstü abidəsinin hazırlıqlarına başlandı

Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması ilə bağlı işlərə başlanılıb.

Kult.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında xalq şairinin qızı Yaqut Yaqubova məlumat verib.

Onun sözlərinə görə, qəbrin üzərində məzarüstü kompleks yaradılacaq: “Adətən, belə işlər ya mərhumun ad gününə, ya da ildönümünə hazır olur. Yəni vaxt aparan işdir. Amma hazırlıq işləri gedir. Atamın qəbrinin yanında anamın və əmimim qəbirləri də var. Onlardan birini ayrıca etmək olmaz. Üçünün də üstünü götürəcəklər. Abidəni xalq rəssamı, heykəltəraş Natiq Əliyev hazırlayır. Artıq ilkin variantda qaralama eskiz çəkilib və maket düzəldilib. Bizə göstərdilər, xoşumuza gəldi. Bəzi əlavələrimiz də olacaq. Atamın vəsiyyətinə uyğun olaraq məzarının yanına dəyirman daşı qoyulmalıdır. Oktyabrın əvvəlindən işlər tam başlayacaq".

Qeyd edək ki, M.Yaqub mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində yaşadığı evdə dünyasını dəyişib. O, kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xalq şairinin qəbirüstü abidəsinin hazırlanması xərclərini öz üzərinə götürüb.

Tarix
2021.09.24 / 09:47
Müəllif
Kult.az
Digər xəbərlər

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla