Yuxarı

Milli Qəhrəman o mahnını arzulayırdı, qisməti olmadı...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın hərbi diktoru, hərbi mahnıların ifaçısı Şəmistan Əlizamanlının Kult.az-a müsahibəsi:

- Bu gün Azərbaycan Müstəqilliyinin Bərpasının 30-cu ildönümünü qalib ölkə kimi qeyd edir. Bu hissinizi bölüşməyinizi istərdik.

- Şükürlər olsun ki, zaman yetişdi. Azərbaycan Ordusu düşmənə öz gücünü göstərdi. 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı cəmi 44 gün içində azad etdi. Bu qələbədə iki amil əsas rol oynadı: birincisi, Ordumuzun bu işğalla barışmaması və Vətənə olan sevgisi, ikincisi, insanlarımızın düşmənə qarşı bütövlüyü. Ən başlıca rolu cənab Ali Baş Komandanın qətiyyətli mövqeyi, cəsarətli çıxışları oynadı. Bunun nəticəsində xalqımız Ordumuzun ətrafında yumruq kimi birləşdi. Ordumuz da möhtəşəm qələbəni qazandı. Bu gün də böyük qürurla Müstəqilliyimizin Bərpası Gününü qeyd edirik.

- Qələbənin 1 illiyinə yeni mahnınız olacaqmı?

- Düşünürəm ki, “Qələbə marşı”na ehtiyac var. Mənə bir şeir təqdim ediblər. Artıq bunun üzərində işləyirik. Bizim möhtəşəm qələbəmizi özündə əks etdirən marş yazılmalı idi, bir az gecikdik. Bir sənət adamı kimi bu marşı ifa edəcəyəm. Yaxın zamanda marşı hazırlayıb, xalqımıza təqdim edəcəyik, çünki vacibdir.

- “İgid əsgər, möhkəm dayan!” mahnısının xüsusi tarixçəsi olduğunu demisiniz...

- Bu, bizim yazdığımız ilk mahnıdır. Azərbaycanın Milli Qəhrəmanı, yaxın dostumuz Yusif Mirzəyevə ithaf etmişəm. Yadımdadır, Yusiflə xəstəxanada müalicə alırdım. Həmin xəstəxananın həkimi Şahin Musaoğlu bizə baş çəkdi. Dedi ki, belə bir mahnı yazmışam. Yusif mahnını dinlədi, çox xoşuna gəldi. Lakin ilk dəfə mahnı mənə təsir etmədi. Yusiflə Şahin müəllim mahnını müzakirə etməyə başladılar. Həmin vaxt vətənpərvərlik mahnılarımız yox dərəcəsində idi. Yeni müstəqillik qazanmışdıq. Bir gün gördüm, Yusif mahnını zümzümə edir. Soruşdum ki, nə yaman mahnı xoşuna gəlib. Həmin vaxt Yusifin sənədləri Milli Qəhrəman adı alması üçün Müdafiə Nazirliyinə göndərilmişdi. Ona zarafatla dedim ki, mən bunu ifa edəcəyəm və mahnını sənə ithaf edəcəyik. Sonra biz ayrıldıq. O, Ağdərəyə xidmətə getdi. Hər dəfə gələndə soruşurdu ki, nə oldu o mahnı? Mən də bəhanə edirdim. Oxumağa cəsarət etmirdim. Yusif sonuncu dəfə gələndə dedi ki, mən əsgərlərimə bu mahnını əzbərlətmişəm. Mən bir az həvəsləndim. Göstərdim ki, bax, artıq sözlərini çap etmişəm. Çox sevindi. Bir neçə gündən sonra Yusif şəhid oldu. Xalqımız üçün böyük itki idi. O, əvəzolunmaz insan olub. O zaman hərbi studiyanın əməkdaşları Yusif haqqında “Vətən sənə oğul dedi” adlı film hazırladılar. Kadr arxası mətnini mən səsləndirəcəkdim. Dedilər, bəlkə mahnını səsləndirəsən. Düşündüm ki, məndə alınmaz. O vaxta qədər heç bir mahnı ifa etməmişdim. Dedilər ki, alınmasa da, mahnını dinləyib Yusifi xatırlayarıq. Mahnını Məmməd İsmayıloğluna göstərdik. Məmməd müəllim Yusifi tanıyırdı. Şeirə baxıb dedi ki, Şəmistan, bəlkə bir sınayasan, maraqlı olar. Səsyazma şirkətinə göstəriş verdi. Mahnını yazdıq. İfa etdim. Mahnı yaradıcılığım da belə başladı.

- Vətən Müharibəsi zamanı “Cəbhədən xəbər” verilişi ilə efirə qayıtmışdınız. Yeni hərbi layihələr nəzərdə tutulub?

- Xeyr, bu cür təkliflər olmasına baxmayaraq, yeni layihə yoxdur.

- “Diriliş Ərtoğrul” serialında çəkilmişdiniz. Bəs Türkiyədən yeni təkliflər var?

- “Diriliş Ərtoğrul”un davamı olaraq “Quruluş: Osman” serialı çəkilir. Oraya dəvət almışam. Lakin pandemiyaya görə bir az yubandı.

- Siravi Əhmədlərimizə, Vətən əmanətlərinə nə demək istərdiniz?

- Onlar bizim qürurumuzdur, fəxrimizdir. Allah şəhidlərimizə rəhmət eləsin. Ən böyük minnətdarlıq onlara düşür. Qələbəni onların göstərdiyi qəhrəmanlığa görə qazandıq. Hamımız şəhidlərimizə, onların valideynlərinə borcluyuq. Qazilərimizə və yaralılarımıza şəfa diləyirəm. Əsgər və zabitlərimizə cansağlığı və yeni-yeni qələbələr arzu edirəm.

Tarix
2021.10.18 / 13:30
Müəllif
Aytəkin Qardaşova
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla