Yuxarı

Çingiz Abdullayev gündəm olan statusundan danışdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çingiz Abdullayev gündəm olan statusundan danışdı

İstanbul hava limanında üzləşdiyim situasiya ilə bağlı yazdığım statusun sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmasından xəbərim yoxdur.

Kult.az xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq yazıçısı Çingiz Abdullayev deyib.

O bildirib ki, statusu yazmaqda məqsədi uşağın simasındakı təbəssümü və sevincini bölüşmək olub:

"Qoy, olsun, nə istəyirlər desinlər, yazsınlar. Mənim bu müzakirələrdən heç xəbərim də yoxdur. Çox sağ olun ki, dediniz, məlumatım oldu".

Qeyd edək ki, xalq yazıçısı ötən gün sosial şəbəkədəki hesabında yazıb: "Hadisə İstanbul hava limanında baş verib. Biznes salonda həmişə iki-üç şüşə su götürürəm. Amma uçuşumuz gecikdi və biz bir saatdan çox təyyarəyə minməyi gözlədik. Yaxınlıqda nəvəmə oxşayan balaca bir oğlan var idi. O, ağlayaraq nənəsindən su istədi. O, çarəsizcə ətrafa baxdı. Heç yerdə su yox idi. Bir şüşə çıxarıb oğlana verdim. Nənənin gözlərini görməli idin. Amma ən əsası odur ki, həyatımda özümü bu qədər rahat hiss etməmişdim".

Ç.Abdullayevin bu statusu geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri onu tənqid ediblər.

Tarix
2021.10.26 / 10:23
Müəllif
Kult.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla