Yuxarı

Ağakərimə iynə vururlar ki, ayılmasın? – Şok iddia

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağakərimə iynə vururlar ki, ayılmasın? – Şok iddia

Bir neçə gün öncə meyxanaçı Ağakərimi ziyarət etməyə gedən, ancaq qapının üzünə açılmadığını bildirən və qapı ağzından video yayan qiraətçi Nazilə Səfərli sensasion iddia ilə çıxış edib.

Kult.az xəbər verir ki, Nazilə Səfərli Maştağada Ağakərim Novruzovun evinin önündən yaydığı videoya cavab verən meyxanaçının oğlu Kamilin iddialarına sərt reaksiya göstərib.

O, Kamili qapını açmağa cəsarəti olmayan “səy gedə” adlandırıb və onu atasının xəstəliyindən sui-istifadədə günahlandırıb:

“Atasının xəstəliyindən istifadə edib mülklərini satan bivec oğul! Psixotrop iynələri yazığın canına doldurursuz ki, ayılmasın, bağı 150 minə satdığınızdan xəbəri olmasın?”

Bu ittihamlara Kamil cavab verməyib.

Ağakərimin yaxın dostu Ağamirzə Məmmədov isə bu məsələlərdən xəbəri olmadığını bildirib:

“Mənim həqiqətən xəbərim yoxdur, məni söhbətə qatmayın. Nazilə Səfərli aləmi niyə qatır, bilmirəm... Oğlu ilə əlaqə saxlayın.

Öz işlərimə başım qarışıb. Dostumu ziyarət etmək istəyəndə bir-iki gün əvvəlcədən oğlu Kamil və ya bacısı oğlu ilə danışırıq, sonra gedib onu görə bilirəm. Vəziyyəti çox pisdir”.

Tarix
2021.12.07 / 15:31
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla