Yuxarı

Bolduin məhkəməlik oldu: 25 milyonluq təzminat...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bolduin məhkəməlik oldu: 25 milyonluq təzminat...

Məşhur aktyor Alek Bolduin bu dəfə sosial şəbəkədə mübahisə etdiyi qadın tərəfindən məhkəməlik olub.

Kult.az xəbər verir ki, A.Bolduini Əfqanıstanda həlak olan amerikalı əsgər Rayl Makkollumun bacısı Roys MakKollum məhkəməyə verib. Aktyor əsgər yaxınına böhran atmaqda ittiham olunur.

Bildirilir ki, həlak olan hərbçinin bacısı 25 milyon dollar təzminat tələb edir.

Roys Makkollum həlak olan qardaşının dul qalan hamilə xanımı üçün ianə toplayıb. Aktyor da yardım üçün 5 min dollarlıq çek göndərib.

Bir müddət sonra Bolduin həmin qadının İnstaqram hesabında ABŞ Konqresinə edilən hücuma dəstək verən foto paylaşdığını görüb və onu tənqid edib:

“Bu ölkəyə xidmətlərinə görə qardaşınızın ailəsinə yardım göndərdim. Sizin 6 Yanvar qiyamçısı olduğunuzu bilmirdim”.

Roys aksiyada iştirak etdiyini, bu mitinqin qanuni və dinc olduğunu bəyan etsə də, aktyor “Mən belə düşünmürəm. Sizin fəaliyyətiniz dövlət əmlakının qanunsuz dağıdılması ilə bərabər, hüquq-mühafizə orqanı əməkdaşının ölümü ilə nəticələnib” cavabını verib.

Bu şərhdən sonra həlak olan hərbçinin ailəsinin ölüm təhdidləri almağa başladığı iddia edilib.

Qeyd edək ki, Alek Bolduin bir müddət öncə “Rust” filminin çəkiliş meydançasında bədbəxt hadisə nəticəsində 1 nəfərin ölümünə, 1 nəfərin isə yaralanmasına səbəb olub.

Tarix
2022.01.22 / 11:46
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla