Yuxarı

Nazirlik müsabiqə elan etdi - Batal

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi sentyabr ayının 1-dən 2016-cı il fevral ayının 10-dək batal janrında müsabiqə elan edib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, yaşı 20-dən yuxarı olan ali və orta ixtisas təhsilli, peşəkar rəssamlar batal janrında işlənmiş əsərlərini müsabiqəyə təqdim edə bilər.

Müsabiqənin şərtləri belədir:

• Sərgi-müsabiqəyə təqdim olunan əsərlər yüksək bədii tələblərə cavab verməli, Azərbaycan tarixinin şanlı döyüş səhifələri, dövlət müstəqilliyinin bərpası və qorunması, ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının, milli təhlükəsizliyinin təmin edilməsi uğrunda qəhrəmanlıq və şücaət göstərmiş vətən övladlarının igidliyini, onların mübarizə əzmini əks etdirməli, ideya və məzmunca Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmlənməsinə və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət etməlidir;

• Rəngkarlıq, qrafika əsərləri sərgi-müsabiqəyə təqdim olunarkən çərçivələnməli, heykəltəraşlıq əsərləri isə bərk materiala köçürülməlidir;

• Sərgi-müsabiqəyə təqdim olunacaq əsərlərə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin əmri ilə yaradılacaq ixtisaslı mütəxəssislərdən, sənətşünas və tanınmış rəssamlardan ibarət münsiflər heyəti tərəfindən baxış keçiriləcək və qiymətləndiriləcəkdir;

• Münsiflər heyəti tərəfindən seçilmiş əsərlər nazirlik tərəfindən müqavilə yolu alınacaqdır.

Müsabiqədə iştirak:

Sərgi-müsabiqədə iştirak etmək istəyən rəssamlar öz əsərlərini Bakı ş., Neftçilər prospekti, 123A (tel: 012-493-86-33) ünvanına təqdim edə bilərlər.

Göstərilən vaxtdan əvvəl hazır olan əsərlərin fotoşəkillərini elektron poçt vasitəsi ilə [email protected] e-mail ünvanına göndərmək olar.

Qeyd edək ki, batal, təsviri sənətdə müharibə və hərbi həyat mövzularına həsr olunan janrdır. Bu janrda döyüş səhnələri təsvir olunur, xalqın, millətin, qəhrəmanların, sərkərdələrin və başqa tarixi simaların şücaət və qələbələri tərənnüm edilir.

Tarix
2015.09.04 / 18:45
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla