Yuxarı

“Xeyir ilə Şərin rəqsi” başa çatır

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Xeyir ilə Şərin rəqsi” başa çatır

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilən "Xeyir ilə Şərin rəqsi" bədii filminin istehsalının son tamamlama işləri aparılır.

Kinostudiyadan Axar.az-a verilən məlumata görə, sözügedən filmin yaxın vaxtlarda təhvil verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, xalq yazıçısı Çingiz Abdullayevin "Quba kapriççosu" romanının motivləri əsasında ekranlaşdırılan, psixoloji detektiv janrında olan "Xeyir ilə Şərin rəqsi" filminin quruluşçu rejissoru Yavər Rzayev, ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nasirov, bəstəkarı Siyavuş Kərimi, prodüseri Müşfiq Hətəmovdur. Qubanın Qırımızı qəsəbəsində Qacar şah nəslinə mənsub nadir almazın axtarışı əsas süjet xəttini təşkil edən filmdə İlqar Muradov, Məbud Məhərrəmov, Şükufə Yusupova, Münəvvər Əliyeva, Qurban İsmayılov, Ayşad Məmmədov, Əjdər Zeynalov, Rasim Cəfərov və digərləri çəkiliblər.

Tarix
2015.09.07 / 18:27
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla