Yuxarı

Bakı muzeylərində bu tədbirlər keçiriləcək

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı muzeylərində bu tədbirlər keçiriləcək

18 May Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycanda bir sıra muzeylər tədbir proqramı ilə çıxış edəcək.

Kult.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mayın 17-si saat 14:00-da Bülbülün Memorial Muzeyində Bülbül adına orta ixtisas musiqi məktəbinin konserti baş tutacaq. Həmin gün eyni saatda, Abdulla Şaiqin mənzil muzeyində “Yaxşı arxa” adlı kukla tamaşası nümayiş olunacaq. Saat 17:00-da isə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi “Şuşa musiqiçiləri” adlı sərgini təqdim edəcək.

Mayın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində (saat 10:00) “Muzeydə gecə” adlı tədbir, Azərbaycan İstiqlal Muzeyində (12:00) “Könlüm keçir Qarabağdan” adlı konsert proqramı, Abdulla Şaiqin mənzil muzeyində (14:00) “Danışan eksponatlar rəqəmsal təqdimatda” adlı tədbir keçiriləcək. Elə həmin gün saat 18:00-da Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Xan qızı” adlı teatrallaşdırılmış ədəbi-bədii kompozisiyanın təqdimatı baş tutacaq.

Tarix
2022.05.16 / 16:56
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla