Yuxarı

Varşava Universitetində Azərbaycan mədəniyyəti... - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Varşava Universitetində Azərbaycan mədəniyyəti... - Foto

Varşava Univetsitetində keçirilən Mədəniyyət Günündə (Cultural Hotspot-2022) azərbaycanlı tələbələr ölkəmizin mədəni irsini təqdim ediblər.

Kult.az xəbər verir ki, ənənəvi Mədəniyyət Gününə universitetdə təhsil alan gənclərimiz ölkəmizin Polşadakı səfirliyinin və Varşavadakı Azərbaycan Evinin dəstəyi ilə qatılıblar.

Tədbirdə Azərbaycanın dövlət atributları, milli geyimlər, musiqi alətləri, tarixi abidələrimiz və görməli yerlərimizi əks etdirən fotolar, tanıtım kitabçaları, bukletlər və kulinariya nümunələri ilə zəngin stend təqdim edilib. Azərbaycan mahnı və rəqslərindən ibarət proqram nümayiş olunub.

Tədbirdə müxtəlif ölkələrin mədəniyyətinə dair mühazirələr dinlənilib, Varşava Univetsitetində təhsil alan xarici tələbələr bir-biri ilə sıx təmasda olub, kulinariya nümunələrini dequstasiya ediblər.

Mədəniyyət Günü-2022 Varşava Univetsitetində təhsil alan Azərbaycan, Ukrayna, Türkiyə, Belarus, Hindistan, Çin və digər ölkələrdən olan 3 mindən çox xarici tələbəyə öz ölkəsinin mədəniyyətini təqdim etmək imkanı yaradıb.

Tarix
2022.05.23 / 20:57
Müəllif
Kult.az
Digər xəbərlər

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla