Yuxarı

Xalq yazıçısı Kamal Abdulla gənclərlə görüşdü – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq yazıçısı Kamal Abdulla gənclərlə görüşdü – Foto

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) “Gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi" proqramı çərçivəsində xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla ilə görüş keçirilib.

Kult.az xəbər verir ki, görüş Dünya Gənc Türk Yazarlar İctimai Birliyi tərəfindən “Əbədi sevgi - Vətən" layihəsi əsasında baş tutub.

Xalq yazıçısı Kamal Abdulla elmi və ədəbi yaradıcılığı, sevdiyi yazıçılar, mütaliə, “Kitabi-Dədə Qorqud” dastanı haqqında gənclərin suallarını cavablandırıb, mədəniyyətşünaslıq, mifologiya və mifolinqvistika haqqında fikirlərini bölüşüb. Eyni zamanda gənclər Azərbaycan Dillər Universitetinin və Azərbaycan Yaradıcılıq Fondunun uğurlu layihəsi olan Yaradıcılıq fakültəsi, fondun həyata keçirdiyi digər işlər haqqında məlumatlandırılıb.

Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dillər Universitetinin tarixçi alimləri, tarixi toponimlər, dilçilik və xəritəçəkmə üzrə təcrübəli mütəxəssislərinin cəlb olunması ilə nəşr olunan “Həqiqətin onomastikası” kitabı haqqında məlumat verilib. Qeyd olunub ki, gərgin tədqiqat işlərinin bəhrəsi olan bu kitab erməni vandalizminin və erməni saxtakarlığının ən bariz nümunələrindən birinə – tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan Respublikası ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların izlərinin silinməsi üçün bizə məxsus 1600-ə yaxın toponim, hidronim, oronimlərin kütləvi şəkildə dəyişdirilməsi və saxtalaşdırılması, bir çox yaşayış məntəqələrinin isə məqsədli şəkildə yer üzündən tamamilə silinməsi faktlarına həsr olunub.

Yazıçı eyni zamanda 2020-ci ildə Türkiyədə çap olunan “Mifologiya elçisi Kamal Abdulla ərməğanı” kitabını gənclərə hədiyyə edib.

Qeyd edək ki, görüşün məqsədi gənclər arasında vətənpərvərlik hislərinin təbliği istiqamətində iş aparmaq, həmçinin yazarların vətənpərvərliklə bağlı qələmə aldıqları ədəbi nümunələri çap etməklə yanaşı, onların təbliğini geniş oxucu kütləsi arasında həyata keçirməkdən ibarətdir.

Tarix
2022.05.25 / 13:20
Müəllif
Kult.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla