Yuxarı

Tarixi hamam çirkləndirildi: Nazirlikdən reaksiya - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tarixi hamam çirkləndirildi: Nazirlikdən reaksiya - Foto

Sosial şəbəkələrdə yayılan görüntülərdə Sabunçu rayonunun Kürdəxanı kəndində XVII əsrə aid hamamın ətrafının məişət tullantıları ilə çirkləndiyi görüntüləri yayılıb.

Kult.az xəbər verir ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova Trend-ə açıqlamasında abidə mühafizəçilərinin hamamın ətrafının təmizliyinin qorunmasına daim nəzarət etdiyini bildirib.

"Bir gün ərzində əraziyə baxılmasa, vəziyyət belə olur. Hər abidənin önündə abidə mühafizəçisi dayanıb keşik çəkməlidir deyə bir qayda yoxdur. Abidə mühafizəçiləri ərazi üzrə bir neçə abidəyə nəzarət edir. Dünyanın heç bir ölkəsində abidələrin hamısını hasara alıb, günlük mühafizə təşkil etmirlər. Belə hallara əhali də məsuliyyətli yanaşmalıdırlar. Bu abidələr tək dövlətin deyil, hər kəsindir. Ona görə də abidələri qorumaq hər kəsin borcudur", - N.Allahyarova vurğulayıb.

Tarix
2022.06.21 / 11:08
Müəllif
Kult.az
Digər xəbərlər

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla