Yuxarı

56-cı: Daha Şuşadan danışmırıq…

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

56-cı doğum günümə Füzulidən qalxan uçaqda, Qarabağ səmasında daxil oldum.

Şuşadan, Beynəlxalq Media Forumundan geri dönürdük.

Əfsanə kimi, nağıl kimi bir gün yaşamışdıq və həmin günün sonunda mənim doğum günüm başlayırdı.

Təyyarə kapitanının səsi gəldi, həmin saniyədə gözüm təsadüfən saata sataşdı: əqrəblər 00:02-ni göstərirdi: “Danışan təyyarə kapitanı deyil, həmkarınız Ələsgər Süleymanovdur. Bu gün Rauf Arifoğlunun doğum günüdür...”

Bir təyyarə dolusu alqış gəldi...

Ağdam kimi adamdır Ələsgər Süleymanov...

23 iyul Ağdamın işğal günü idi - Ələsgərin, cəmi ağdamlıların və bütün azərbaycanlıların ən ağır günlərindən, qara təqvimlərdən biri...

Ağdam işğal olunanda 27 yaşında idim və düz 2020-ci ilə qədər doğum günüm üçün yığıncaqlar olanda bir-iki gün sonraya keçirərdik...

27 il sonra, 55 yaşımda - ötən il ilk dəfə belə etmədik...

Ordumuz, dövlətimiz millətimizin qara təqvimlərinin bir neçəsini silib atmışdı 44 günlük Vətən müharibəsi ilə...

Ağdamın işğaldan azad edilməsi, həm də bu baxımdan mənim üçün özəl anlam daşıyır...

Allahın lütfü, Ordumun, Dövlətimin “ən böyük hədiyyə”si kimi...

…Bu dəfə doğum günüm üçün ən böyük hədiyyə Şuşa oldu...

Beynəlxalq Media Forumuna dəvət aldım və üstəlik, panellərdən birində çıxışçı oldum.

Şuşada... Qalada...

Xarici media ekspertləri, professorlar, mütəxəssislər, Prezidentin köməkçisi Hikmət Hacıyev başda olmaqla dövlət təmsilçiləri, həmkarlarım, təftişçi xarakterli reportyorlar, kameralar...

Mövzu “Azərbaycan mətbuatında Şuşa izi”...

Kimdə yoxdur ki, Şuşanın, Qarabağın izi?!

Biz millət olaraq Şuşanı, Ağdamı, Füzulini, Kəlbəcəri, Cəbrayılı, Zəngilanı, Qubadlını, Laçını, işğal altındakı bütün torpaqlarımızı taleyimiz kimi yaşadıq...

Biz elə torpaq adamlarıq bir baxımdan...

Acılar çəkdik, itkilər, şəhidlər verdik, hər birimiz məğlubiyyətin reportyoru olduq, bəzilərimiz ağı dedik, ah çəkdik, hər şeyi Allaha ünvanladıq, bəzilərimiz isə yazdıq, dərd hekayələri yaratdıq, xalqa ünvanladıq.

Lakin kimsə Şuşa deməkdən, Qarabağ sevdasından vaz keçmədi.

Səcdə və dualarımızda, sağlıq və çıxışlarımızda, arzu və diləklərimizdə hər zaman Şuşa oldu, Qarabağ oldu.

Dünənə kimi nə deyirdik, toylarda, məclislərdə, təbriklərdə?

“Şuşada, İsa bulağında, inşallah...”

“Laçında, Qubadlıda, Kəlbəcərdə, Ağdamda...”

Belə demədikmi 27-28 il?!

Allah eşitdi, dualarımızın müstəcəb olan çağını yaşayırq...

...Şuşa İZ deyil, əslində, ÖZdür!

Mahiyyətdir!

Milli identifikasiya kodu kimidir...

Və biz daha Şuşadan arzu kimi danışmırıq.

Biz Şuşada danışırıq...

Biz Şuşada beynəlxalq konfranslar, festivallar keçirir, gələcək 100 ilimizi planlayır (Şuşa Bəyannaməsi), dosta-düşmənə mesajlar verir, qələbəmizin və zəfərimizin dadını çıxarırıq...

Lakin unutmuruq!

Cəmi 2 il öncəyə qədər - 27 il 6 ay Şuşa haqqında reportajları Bakıdakı Şəhidlər Xiyabanından, Şuşa qaçqınları yaşayan yataqxanalardan hazırlayardıq.

İşğal təqvimlərində Şəhidlər Xiyabanına yığışardı Şuşa camaatının Bakıda yaşayan fəalları.

Biz də oradan reportajlar edər, ayrı-ayrı şuşalılardan müsahibələr alar, qəzetimizdə, saytlarımızda İZ açardıq...

Lakin artıq bunlar keçmişdə qaldı...

Şükürlər olsun!​

İndi Şuşanın ÖZündən reportajlar hazırlayır, filmlər çəkir, yazılar yazırıq...

Hə, bir də bizə söz veriləndə, Şuşada, mötəbər beynəlxalq tədbirdə danışırıq...

147 illik Milli Mətbuat tariximizdə bir ilk oldu Şuşa Beynəlxalq Media Forumu!

Dövlətimiz, bayrağımız var olsun!

Şəhidlərimizə, Qazilərimizə minnətdarıq.

Ali Baş Komandan İlham Əliyev başda olmaqla müzəffər ordumuza minnətdarıq!

Tarix
2022.07.24 / 13:29
Müəllif
Rauf Arifoğlu
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla