Yuxarı

Monqolustanda türk tarixi ilə bağlı inanılmaz tapıntı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Monqolustanda türk tarixi ilə bağlı inanılmaz tapıntı - Foto

Beynəlxalq Türk Akademiyasının Monqolustanda həyata keçirdiyi elmi-arxeoloji ekspedisiya yeni maraqlı nəticələr əldə edib.

Kult.az xəbər verir ki, pandemiya dövründə fasilə verilən, bu il yenidən başladılan qazıntılar nəticəsində Göytürk Xaqanlığı dövrünə aid önəmli tapıntılar aşkarlanıb.

Arhangay bölgəsində yeni ortaya çıxarılan Nomqon abidə kompleksi bütün xüsusiyyətlərinə görə Bilgə xaqan və Kültəgin abidə komplekslərinə bənzəyir.

Sözügedən kompleksdə insan, aslan, qoç heykəlləri və ortasında quyu olan qurbangah daşı mövcuddur. Külliyənin qarşısında şərq istiqamətində 40-dan çox balbal daş sıralanıb. Balbal daşlardan beşinin üzərində Türk Xaqanlığının qurucu nəslinə aid “Dağ keçisi” damğası (möhürü) müəyyən edilib.

Ötükən çölündə aşkarlanan bu külliyə Kültəgin və Bilgə Xaqan komplekslərindən 80 kilometr aralıda yerləşir. Kompleks Hanqay dağının Köynə, Böyük Nomqon və Kiçik Nomqon silsilələri ilə əhatə olunub.

Qeyd edək ki, Beynəlxalq Türk Akademiyasının bir neçə il öncə başlatdığı qazıntılar davam etdiriləcək.

Tarix
2022.08.09 / 23:39
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak edir

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla