Yuxarı

Basqalda yeni tikili ilə bağlı açıqlama

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Basqalda yeni tikili ilə bağlı açıqlama

Basqal tarixi ərazi olduğuna görə burada yeni tikili inşa etmək çox məsuliyyətli idi.

Kult.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin Memarlıq sektorunun müdiri Müslüm İmranlı “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində keçirilən mediatur zamanı deyib.

O qeyd edib ki, qoruğun keçmiş binası köhnə və qəzalı şəraitdə olduğuna görə sökülüb və yeni tikili üçün Bazar meydanı seçilib:

“Yeni tikili yeniliyi ilə yanaşı, həm də ətraf mühitə uyğun olmalı idi. Bunun üçün biz tikilinin divarını yerli daşdan, damını isə burada istifadə olunan metal lövhələrdən layihələndirdik. Tikilinin aşağı hissəsi turizm məlumat mərkəzi və sanitar qovşaq kimi, yuxarı hissəsi isə qoruq işçiləri üçün inzibati otaqlar üçün nəzərdə tutulub. İnzibati otaqlara direktor otağı, iclas otağı, ümumi iş otağı, mətbəx guşəsi, server və anbar otağı daxildir. Ümumilikdə tikilinin əsas istinadı kimi tarixi Yuxarı Şirvan-Lahıc-Basqal memarlığı üslubu götürülüb. Bu bina tarixi memarlığa yeni yanaşmanı sərgiləyir”.

Tarix
2022.08.13 / 21:48
Müəllif
Kult.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla