Yuxarı

Cavanşir Quliyev 19 ildən sonra Azərbaycana köçdü

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cavanşir Quliyev 19 ildən sonra Azərbaycana köçdü

Əməkdar incəsənət xadimi, məhşur bəstəkar Cavanşir Quliyev Şimali Kipr Türk Cümhuriyyətindən Azərbaycana köçüb.

Kult.az xəbər verir ki, bu barədə Report-a bəstəkar özü məlumat verib.

19 ildir Şimali Kiprin Yakın Doğu Universitetində çalışan professor C.Quliyev bundan sonrakı həyat və yaradıcılığını yenidən doğma vətəndə davam etdirmək qərarına gəlib.

O, son illər yazdığı irihəcmli əsərləri ifa etdirmək və lentə yazdırmaq zərurəti ilə qarşılaşdığından yenidən Vətənə qayıtdığını bildirib:

"Mən Azərbaycan vətəndaşıyam, ölkədən də birdəfəlik getməmişdim. Haraya getsək də, hamımızın sonda dönəcəyi bir ünvan var – Azərbaycan. Sözsüz ki, Vətən müharibəsindəki tarixi qələbədən sonra qalib ölkədə yaşamağın və yaradıcılıq planlarımı həyata keçirməyin zövqü başqa olacaq".

Qeyd edək ki, C.Quliyev son vaxtlar ölkəyə qayıdan ilk nüfuzlu diaspor nümayəndəsi deyil. Bundan əvvəl də xaricdə yaşayan dəyərli ziyalılarımızdan bir neçəsi birdəfəlik vətənə geri dönüb.

Tarix
2022.09.22 / 10:12
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla