Yuxarı

Türk məşhurlar səhnədə İrana görə saçlarını kəsdi - Videolar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk məşhurlar səhnədə İrana görə saçlarını kəsdi - Videolar

İranda Məhsa Əmininin əxlaq polisi tərəfindən qətlə yetirilməsindən sonra başlayan etiraz aksiyalarına Türkiyədən bir neçə sənətçinin də dəstək verməsi sosial şəbəkələrdə böyük kampaniyaya səbəb olub.

Kult.az xatırladır verir ki, bir sıra türkiyəli sənətçi səhnədə konsert verərkən, İrandakı etirazçılara dəstək olaraq saçlarını kəsiblər. Məsələn, müğənnilər Hande Yener, Mələk Mosso bu addımı atıb.

Bundan başqa, məşhur fransız aktrisası Julyet Binoş da saçını kəsərək, sosial şəbəkə hesabında paylaşıb.
İsveçli qadın deputat Abir əs-Səhlani isə Avropa Parlamentinin tribunasında saçını kəsib. Eyni zamanda, məşhur fransız model Karla Bruni də kampaniyaya qoşulub.

Məşhurların son bir həftədə atdıqları bu addımlar sosial şəbəkədə başlayan bu kampaniyanı daha da genişləndirib.

Hazırda xüsusilə İnstaqram sosial şəbəkəsində dünyanın müxtəlif yerlərindən fəal ictimai qadınlar kütləvi şəkildə saçlarını kəsməklə İranda Əmininin qətlinə etiraz və aksiyaçılara dəstək nümayiş etdirirlər.

Tarix
2022.10.05 / 22:14
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla