Yuxarı

Azyaşlılara sevindirici xəbər

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azyaşlılara sevindirici xəbər

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında rus uşaq yazıçısı Vladimir İlyuxovun fransız yazıçısı Şarl Perronun "Yatmış gözəl" nağılından bəhrələnərək qələmə aldığı ikihissəli "Oyaq gözəl" pyesi əsasında tamaşa hazırlanır.

Axar.az xəbər verir ki, rejissor Anar Məmmədovun quruluşunda hazırlanan səhnə əsərində əsas məqsəd uşaqlara dostluq, qəhrəmanlıq, qorxmazlıq, haqsızlığa qarşı mübarizə, çeviklik və məqsədyönlülük kimi keyfiyyətləri aşılamaqdır.

Komik elementlərlə zəngin, canlı plan və kukla oyunu vəhdətində təqdim ediləcək nağıl-tamaşa müasir üslubda hazırlandığından burada uşaqların sevdiyi müasir nağıl qəhrəmanlarının sintezinə rast gəlmək olur.

Tamaşanın bəstəkarı əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov, rəssamı Əfşan Əsədovadır. Tamaşada əsas rolları Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elnarə Hacıyeva, Elnur Xəlilov, Cavid Telman və Araz Həsənov canlandıracaq.

"Oyaq gözəl" tamaşasının premyerası noyabrın sonuncu həftəsində baş tutacaq.

Tarix
2015.10.30 / 02:00
Müəllif
Nigar An
Digər xəbərlər

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla