Yuxarı

Səyavuş Aslanın yubileyi keçiriləcək

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səyavuş Aslanın yubileyi keçiriləcək

Noyabrın 25-də saat 19:00-da Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino aktyoru Səyavuş Aslanın 80 illik yubiley gecəsi keçiriləcək.

Teatrın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, yubiley mərasimi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı baş tutacaq.

Tədbirdə Akademik Milli Dram Teatrının baş rejissoru-bədii rəhbəri Azərpaşa Nemət, xalq artistləri Hacı İsmayılov, Bəsti Cəfərova, kinoşünas, əməkdar mədəniyyət işçisi Aydın Kazımzadə, əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə S.Aslanın kino və teatr fəaliyyətindən danışacaq, xatirələrini bölüşəcəklər.

Yubiley mərasimində S.Aslanın çəkildiyi filmlərdən və lentə alınan tamaşalardan səhnələr nümayiş olunacaq. Tədbirin rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur.

Qeyd edək ki, S.Aslan 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. O, aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə qısa müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında çalışıb.

1984-cü ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışan Səyavuş Aslan 2013-cü il iyunun 27-də Bakıda vəfat edib.

Tarix
2015.11.21 / 21:55
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla