Yuxarı

“Rəşid Behbudovun gözlənilməz ölümü...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Rəşid Behbudovun gözlənilməz ölümü...”

Bu ay İsrailin Netanya şəhərindəki mədəniyyət evində SSRİ xalq artisti, Dövlət Mükafatları laureatı Rəşid Behbudovun anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli tədbir keçiriləcək.

Axar.az xəbər verir ki, "Odlar yurdu" İsrail-Azərbaycan teatr truppasının bədii rəhbəri Səadət Şükürova tədbirlə bağlı danışarkən Rəşid Behbudovun dünyada Azərbaycanın brendi olduğunu bildirib:

"Rəşid Behbudov Bolqarıstanda, Macarıstanda, İtaliyada, Hindistanda, Çində, Suriyada, Türkiyədə, Misirdə, İordaniyada, İranda, İraqda, Finlandiyada, Polşada və Latın Amerikası ölkələrində qastrol səfərlərində olub. Bütün bu ölkələrdə Rəşid Behbudov konsertlərini "Azərbaycan" mahnısı ilə başlayır və bu mahnı ilə başa çatdırırdı. Bu böyük Azərbaycan müğənnisi bənzərsiz və əlçatmaz sənətkar kimi yaşadı. Həqiqi artistizm, lirizm, Tanrı vergisi olan Rəşid Behbudovun tayı-bərabəri yox idi. Rəşid Behbudov şöhrətin zirvəsində ikən qəflətən və gözlənilmədən dünyasını dəyişdi, onu sevənlərin qəlbində əsl vətənpərvər kimi qaldı".

Xatırladaq ki, bu il dekabrın 14-də ölməz sənətkar Rəşid Behbudovun 100 yaşı tamam olacaq.

Tarix
2015.12.02 / 09:41
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla