Yuxarı

Alıcının əlindən çörəyi alan supermarket...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kassaya yaxınlaşanda gözləməli olduğumu dedilər. Gözlədim. Bir xanım qapıdan girdi, əlində yalnız bircə ədəd zavod çörəyi vardı.

Kartla ödənişi həyata keçməyibmiş. Səbəbini soruşdu. Kartda 40 qəpik varmış, çörək 65 qəpikmiş.

25 qəpik çatmayıbmış.

Qadın səssizcə çörəyi qoyub, çıxdı.

Kassanın qapı tərəfində iki gənc mühafizəçi dayanmışdı. Belə təxmin etmək olardı ki, o qadını mühafizəçilər geri çağırıb.

Qadının çıxmasını gözlədim, sonra kassirdən də, mühafizəçilərdən də xahiş etdim ki, aparıb çörəyi qadına versinlər, desinlər ki, səhv etmişik, ödəniş olubmuş.

“Artıq getdi” – dedilər.

Bayaq da getmişdi axı! Çörəyi əlindən almaq üçün qaytarmaq olar, ancaq çörək vermək üçün dalınca getmək olmaz?

Qınamıram – nə kassiri, nə mühafizəçiləri, onlar maaşa xidmət edən, görəvlərini həyata keçirən adamlardır.

Ancaq çox əsəbiləşdim: bu ölkənin ən böyük, dövriyyəsinin 334 milyon manat olduğunu fəxrlə bəyan edən marketlər şəbəkəsi rəhbəri bir insanlıq nümayiş etdirib, yalnız çörək alan, ancaq pulunu ödəyə bilməyən – hansısa səbəbdənsə: pulunun evdə qalması, kartda olmaması və yaxud ümumiyyətlə pulu olmaması – şəxslərin əlindən heç olmasa, çörəyi almamağı “şəbəkəsinə” tapşıra bilməzdimi?

Guya bütün çörəklər satılırmı? Guya qalıb köhnələn, geri qaytarılan və zibilliyə atılanı olmurmu?

Adamın da əlindən çörək alarlar?

Həm də qınadım o gəncləri, həm də çox. Sarsılmışdım!

Mən o qadının arxasınca qaçıb, çörəyi ona verib, onun utanmasına bais ola bilməzdim, ancaq işçilər anlaşılmazlıq olduğunu deyib, üzr istəyib, bunu etsələr, nə gözəl olardı...

Tükləri tərpənmədi, bir xanımın, bəlkə də bir ananın, bəlkə də bir bacının əlindən çörəyi almağın nə demək olduğunun fərqində deyildilər.

Bu qədər etinasız, daşqəlbli gəncmi olar?

Bu ki iki il əvvəl hərbi komissarlıqların qapısını sındırıb, bu vətən, bu torpaq, bu millət üçün canını əsirgəməyən gənclikdir!

Bu ki sürətli irəliləyişimizin bir an da olsa, ləngiməməsi üçün minanın üstünə çıxan gənclikdir!

Bu ki Azərbaycanın Qalib və Qüdrətli olması üçün bir an tərəddüd etməyən gənclikdir!

Nə oldu? Bir ananın əlindən bir zavod çörəyini almağın nə demək olduğunu dərk etməyəcək səviyyəyə düşdülər?

O qadında kasıblığın bir qırıq əlaməti belə yox idi: geyim-keçimli, səliqəli, qürurlu... Bəlkə də evdən ehtiyatsız çıxmışdı, bəlkə kartına güvənmişdi, bəlkə də işdən gəlirdi, evə gedib qayıtmamaq üçün bir cəhd edirdi – ümid və dua edirəm ki, eləydi.

Amma fərqi yoxdur: fakt odur ki, o, yalnız bir çörək almışdı, bircə çörək, tək bir zavod çörəyi.

O yekəlikdə supermarketin 3 əməkdaşı onun əlindən o zavod çörəyini aldı, onun əliboş getməsindən vicdanları sızlamadı, bizsə - növbədə gözləyənlər heç nə edə bilmədik.

İstəyirəm bunu o “dövriyyəmiz 334 milyon manatdır” deyə qürurlanan sahibkar oxusun, vicdanı sızlasın, utansın və nəsə tədbir görsün: əgər özləri marketdən yalnız bir çörək alıb, onun ödənişini edə bilməyənlərə o çörəyi qıymırlarsa, cəhənnəmə qıysınlar, bu ölkədə o marketə girən kasıblar o çörəyin pulunu verməyə hazırdır, buna şərait yaratsınlar - hansısa formada, amma o çörəyi almaq istəyib, ala bilməyənləri utandırmadan!

Sabah bax o qadının böyütdüyü oğul düşmən çəpəri olacaq, “334 milyonluq dövriyyəsi” olan sahibkarın oğlu heç Bakıda tapılmır, onda qalmışdı Kəlbəcərin zirvəsində dayana!

Heç olmasa buna qədir-qiymət qoyun!

Bundan ötrü də “yuxarıdan” tapşırıq gəlməməlidir axı!

Tarix
2023.05.31 / 14:35
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla