Yuxarı

Güney azərbaycanlılar İzmirdə festival keçirəcək

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güney azərbaycanlılar İzmirdə festival keçirəcək

Güney Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə bu il sentyabr ayında İzmir şəhərində incəsənət festivalı keçiriləcək. Məqsəd Güney Azərbaycanın sənət insanlarını bir araya toplamaq, onların yaradıcılığını geniş kütləyə təqdim etməkdir.

Bu sözləri Kult.az-a mərkəzin sədri Camal Mehmetxanoğlu festival haqqında məlumat verərkən deyib.

Tədbirin hazırlıqlarına başlanıldığını söyləyən Mehmetxanoğlu festivalın təxmini proqramının da müəyyənləşdirildiyini diqqətə çatdırıb:

“Güney Azərbaycan Mədəniyyət və Sənət Festivalı bütövlükdə tanınmış Azərbaycan şairi Bulud Qaraçorluya həsr olunacaq. Festival çərçivəsində bir həftə fasilə ilə iki gün musiqi və rəqs nömrələri, foto, rəsm və heykəltaraşlıq sərgisi, film və rejissorların təqdimat gecələri təşkil olunacaq. Şeir və yaradıcılıq gecələrinin keçirilməsi də nəzərdə tutulub. Güney Azərbaycanın tanınmış şairi Bulud Qaraçorlunun və Səməd Behrənginin xatirəsi yad ediləcək, onların əsərləri səslənəcək. Həmçinin, “Güney Azərbaycanda aşıq sənəti” adlı gecədə bir-birindən maraqlı sazlı-sözlü söhbətlər olacaq. İştirakçılar burada, həmçinin, Güney Azərbaycan yeməkləri ilə tanış olmaq imkanı qazanacaq”.

Mərkəzin rəhbəri bildirib ki, belə bir festival ilk dəfə təşkil olunur:

“Tədbir Güney Azərbaycan mədəniyyətinin təbliği baxımından əhəmiyyətlidir. Yaxın günlərdə festivalın Təşkilat komitəsi yaradılacaq. Bu komitədə təmsil olunmaq istəyənlər mərkəzə müraciət edə bilərlər.

Dünyada ilk dəfə olaraq Güney Azərbaycan türkləri adına təşkil olunan incəsənət festivalının ərsəyə gəlməsi üçün hər kəsin dəstəyi çox əhəmiyyətlidir”.

Tarix
2023.06.07 / 00:40
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İlham Əliyevin müdrik rəhbərliyi altında... - Hersoq

Azərbaycan çox tolerant ölkədir - İsrail prezidenti

Kartdan-karta pul köçürmələri üzrə limitlər... - AMB

Beləliklə, Azərbaycan xalqının səbri tükəndi...

Azərbaycan böyük iş görür - Tokayev

Biz uşaq qatillərinin səviyyəsinə enmədik - Prezident

Azərbaycanın AQEM-də sədrliyi daha 2 il uzadıldı

Müharibə bizim seçimimiz olmayıb, bizi buna onlar məcbur edib

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Azərbaycan birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla