Yuxarı

Qənirə xanıma yaraşan budur - Sabir Rüstəmxanlı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qənirə xanıma yaraşan budur - Sabir Rüstəmxanlı

Xəbər verdiyimiz kimi, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva iki gündür Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində ağır vəziyyətdə yatır.

Həmkarı ilə bağlı Kult.az-a danışan millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, Qənirə xanımı onun gənclik illərindən tanıyır.

“Onu ANS-də jurnalist işlədiyi vaxtlardan tanıyıram. O, mənim çox yaxın dostum, professor Qəzənfər Paşayevin qardaşı qızıdır. Biz Qənirə xanımla Milli Məclisin deputatı kimi uzun illərdir həmkarıq. Son dərəcə işgüzar, yorulmaz xanımdır. O dünyanı gəzir, müxtəlif ölkələrdə gördüklərini yazır, kitablar çap etdirir, Milli Məclisdə Mədəniyyət Komitəsi onun işgüzarlığı sayəsində ən fəal komitələrdən biridir. Azərbaycanın mədəniyyətinin tanınmasında nə lazımdır, onu da edir: yubileyləri, mədəniyyətdə baş verən bütün prosesləri diqqətdə saxlayır. Mədəniyyət Komitəsi Qənirə xanımın vaxtındakı qədər fəal olmayıb. Özünə dinclik vermədən ömrü boyu, ölkənin xeyirinə sevərək çalışan, son dərəcə qeyrətli və vətənsevər qadındır. Onun yorğun iş rejimi çox çətindir. Mən ona tezlikdə sağalıb öz işlərinə geri qayıtmasını və öz arzularının arxasıyca getməsini arzu edirəm. Qənirə xanıma yaraşan onun daima gülən üzüdür”, - xalq şairi deyib.

Millət vəkili Hicran Hüseynova isə qeyd edib ki, Qənirə Paşayevanın səhhəti ilə bağlı xəbərdən çox üzgündür:

“Hamımız narahatıq. Bütün lazımı məsləhətlər, tibbi müayinə və müalicələr aparılır. Qənirə xanımın sağalıb, sıralarımıza qayıtmasını səbirsizliklə gözləyirik. Allahdan Qənirə xanıma can sağlığı arzulayıram”.

Deputat Fazil Mustafa Qənirə Paşayevanın Azərbaycanın ictimai-siyasi həyatında ən aktiv siyasətçilərdən biri olduğunu vurğulayıb:

“Həm millət vəkili olaraq, həm də ictimai xadim olaraq böyük işlər görür. İstər Türkiyə, istərsə də digər türk dövlətlərində kifayət qədər ciddi nüfuza sahibdir. Orta Asiya və başqa yerlərdə böyük tədbirlərin keçirilməsi onun fəaliyyəti ilə bağlıdır. Onun həm də MM-in Mədəniyyət Komitəsinin sədri kimi ölkənin mədəni həyatında ən mühüm layihələrin gerçəkləşməsində önəmli rolu var. Onun işləri də cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. İndi sosial şəbəkələrdən də görürsünüz ki, Qənirə Paşayevaya necə böyük sevgi var, hamı onun üçün dua edir. Allah ona cansağlığı versin. Ümid edirik ki, bu sıxıntını da Qənirə xanım aşıb, yenidən fəal ictimai-siyasi fəaliyyətinə davam edəcək”.

Tarix
2023.09.25 / 16:05
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla