Yuxarı

Rüstəmxanlı: O, nələrinsə yarımçıq qalmasından qorxurdu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rüstəmxanlı: O, nələrinsə yarımçıq qalmasından qorxurdu

Qənirə Paşayeva ilə tez-tez görüşürdük. Səhhəti yaxşı idi, əhvalı yerində idi. O, acılarını çox hiss elətdirən xanım deyildi. Allah rəhmət etsin, ağır itkidir. Əzizlərinə başsağlığı verirəm. Anasına böyük səbir diləyirəm.

Kult.az xəbər verir ki, bu sözləri Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı millət vəkili Qənirə Paşayeva haqqında danışarkən deyib.

"Səhhəti ilə bağlı heç vaxt danışmamışıq. O mövzuda aramızda söz olmazdı. Bizim müzakirəmiz millət, vətən idi. Tez-tez telefonla danışır, tədbirlərdə bir yerdə olurduq. Xüsusilə Xocalı ilə bağlı son 20 ildə demək olar ki, onunla birgə bütün türkdilli ölkələrdə olmuşduq. Qənirə xanım çox enerjili insan idi. Bəlkə də hiss edirdi, nə hikmətdirsə, hər şeyi həll etməyə çalışırdı. Nələrinsə yarımçıq qalmasından qorxur, çox çalışırdı. Düşünürəm ki, onun sürətinə kimsə çata bilməzdi. Qənirə xanım ən azından Qarabağın azadlığını, "Qarabağın Azərbaycan" olduğunu gördü. Uğrunda savaş verdiyi millətin torpağının erməni işğalından azad olduğunu gördü. Vətən müharibəsində də cəbhə bölgəsində idi. Qənirə xanım bir davaya baş qoymuşdu, o davanın yolunda fəda oldu. Böyük itkidir. Məkanı cənnət olsun", - o bidlirib.

Tarix
2023.09.29 / 10:31
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla