Yuxarı

Şəhid anaları ilə həmdəm olmağa çalışdıq - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid anaları ilə həmdəm olmağa çalışdıq - Video

Xalq artisti Alim Qasımov Zəfər bayramına həsr olunmuş “Mənim oğlum qəhrəmandır” adlı layihə çərçivəsində çıxış edib.

Kult.az xəbər verir ki, A.Qasımov bu barədə öz İnstaqram səhifəsində paylaşım edib:

“Zəfərin 3-cü ildönümündə 700-ə yaxın qəlbiyaralı şəhid anasının qürurunu gördük. Böyük məsuliyyət idi, onların qarşısında dayanmaq... "Mənim oğlum qəhrəmandır" layihəsində hisslərimizi, düşüncələrimizi şəhid əmanətlərinin qəlbinə kökləməyə, musiqinin diliylə onlarla həmdəm olmağa çalışdıq. Əziz şəhidlərimizin xatirəsini "Xatirədir" nəğməsilə yad etdik. Sənət dünyasının xəyal gücü onları nəğmələrdə yaşatmağa yetir”.

Tədbirin təçkilatçılarından “Fire Land Production”ın rəhbəri Cəlal Qurbanov da xanəndənin çıxışı ilə bağlı öz İnstaqram səhifəsində fikirlərini bölüşüb:

“O, muğam sənətinin bizə verdiyi dəyərdir. Dahiliyini həm sənətində, həm də şəxsiyyətində daşıyır. Onun "Xatirədir" mahnısı şəhidlərimizin xatirəsi üçün yazılıb, sanki”.

Tarix
2023.11.13 / 17:05
Müəllif
Kult.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla